Nigar: “Kiminsə uşağını oğurlamamışam ki, onu gizlədim” – VİDEO 

“Qız uşağına 6 yaşdan sonra icazə vermərəm ki, görünsün, reklam olunsun, kimsə ona baxsın... Tam ailə qurana qədər... Mən övladımı heç zaman gizlətmərəm. Mən o tərbiyənin yiyəsi deyiləm ki, kiminsə həyatından kimisə oğurlayıb, uşaq gətirim, sonrada gizlədim. Onlar utansınlar, gizlətsinlər, mən niyə gizlədim ki?”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu “Rəngarəng səhər” verilişində bildirib. 

Qardaşı qızı Nəfisi körpəlikdən götürüb saxlayan sənətçi bu sözləri dilə gətirib:  

“Mən kimdənsə o övladı oğurlamamışam ki, uşağı göstərməkdən utanım. Məlumdur ki, Allahın qisməti və yazısıdır ki, mənimki heç haradan gətirmədi... Nəfis qardaşımın balasıdır. Amma o mənim balam, övladım, qızımdır. Heç vaxt demərəm ki, o mənimdir. Birinci növbədə hər zaman deyirəm ki, qardaşımın övladıdır. Çünki bu boynumun borcudur, deməsinlər ki, Nigar artıq bizi kənara atıb, mən deyə-deyə bizim övladımızı özününkü kimi təqdim edir.

Düzdür, bu, onların seçimidir. 4 aylığından Nəfis artıq mənimdir. Mən onun anasıyam. O da mənə ana deyir. Vəfat etmiş anam ona keçmiş qudasının adını qoyub. Amma mən utanmaram. Niyə utanım ki? Körpə olanda göstərməkdən utanmaram və burada bir problem də görmürəm.

Evlisənsə, ailəlisənsə, bu, artıq həyat yoldaşına bağlı olan məsələdir. Amma kimdənsə o övladı oğurlamamışam ki, uşağı göstərməkdən utanım.

Kiminsə ailəsindən oğurluq uşaq gətirməmişəm ki, onu göstərməyə utanım. Hamının özəl həyatı var. Kim necə bu həyatı özünə yaraşdırırsa, elə də yaşayır. Demirəm ki, mələk və ideal qadınam. Ümumiyyətlə, ideal qadın yoxdur. Sənət adamıyıq. Bu sənətdə ideal adam yoxdur. Utanacaq bir hərəkətim də yoxdur ki, övladım gələcəkdə məndən utansın”. 

Nigar qızını gələcəkdə vəzifədə görmək istədiyini vurğulayıb: 

“Qızım Nəfis bu sənətdə olmayacaq. O, əsl bir peşə sahibi olacaq. Qızımı prokuror görmək istəyirəm. Qızımı vəzifədə, savadlı, sözükeçən görmək istəyirəm. Ailə qurar, əgər həyat yoldaşı ona müğənni olmağı icazə verərsə, buyursun, çıxsın oxusun. Amma əlinin çörəyi olsun. Ailəsi onu efirdən izləmək istəsə, buyursun izləsin”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Salah A Seriyasına qayıda bilər

Salah A Seriyasına qayıda bilər

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Türkiyədə islah müəssisəsinin qadın müdirini öz işçisi öldürdü

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Naxçıvanda 17 zəhərlənmə halı qeydə alınıb

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Sosial mediadakı bu mövzular insanları xəstə edir

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

Polşanın XİN başçısı: “Orbanı dəstəkləyən Moskvaya kömək edir”

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

"Nyukasl" klubunun sahibləri dəyişəcək?

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Neçirvan Bərzaninin iqamətgahı dron hücumuna MƏRUZ QALDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Dünya çempionatı üçün 400 minlik evini SATDI

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Ödemin gözlənilməz səbəbi AŞKARLANDI: Hansı qidalar şişkinliyi artırır?

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Tramp NATO-nun yenidən təşkilini nəzərdən keçirir - KİV

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

Bakıda təhlükəli manevrlər edən motosiklet sürücüsü CƏZALANDIRILDI - VİDEO

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Güclü leysan yağışları Mahaçqalanı su altında qoydu - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

Laçına dizə qədər qar yağdı - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

İran Küveyt aeroportunu VURDU - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

Xaricdə qanunsuz miqrasiyada iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi - VİDEO

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

"İnter Mayami"nin stadionundakı tribunalardan biri Messinin adını daşıyacaq

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Əraqçi doğma dilimizdə Azərbaycana TƏŞƏKKÜR ETDİ - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

Kommunal xidmətlər paytaxtda gücləndirilmiş iş rejimində ÇALIŞIR - FOTO

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

İran orduda xidmət üçün yaş həddini 12-yə ENDİRDİ

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

Qazaxda minik avtomobili "Kamaz"la toqquşdu - Sürücü öldü

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin" - VİDEO

End of content

No more pages to load

RADİO