Azərbaycanlı blogerlər də çirkli pulların yuyulması ilə məşğuldur? – ŞÜBHƏLİ MƏQAMLAR 

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Türkiyədə çirkli pulların yuyulması ittihamı ilə sosial media fenomenləri Dilan Polat və həyat yoldaşı Engin Polad polis tərəfindən saxlanılıb. Aparılan araşdırmadan sonra daha 24 şübhəli fenomen istintaqa cəlb olunub. Onlardan 16-sı barədə həbs-qətimkan tədbiri seçilib. Bundan başqa istintaqa cəlb edilən fenomenlərin 12-nin əmlakları müsadirə edilib.

Ölkəmizdə də bir çox blogerlərin sosial şəbəkələrdən böyük pullar qazanıb, dəbdəbəli həyat yaşadığı məlumdur. Türkiyədə baş verənlər fonunda, azərbaycanlı blogerlərin də çirkli pulların yuyulmasında iştirakı məsələsi aktuallaşıb. Xüsusilə də, tanınmış blogerlərdən olan Aynişan Quliyevanın sosial şəbəkə hesablarını bağlaması bu yöndə şübhələri daha da artırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rəqəmsal dünyanın SƏNƏT ƏSƏRLƏRİ – NFT-lər nədir, çirkli pullar burada necə yuyulur?


“Blogerlərin reklam gəlirləri həqiqəti əks etdirmir”

Məsələ ilə bağlı İKT mütəxəssisi Qəşəm Məmmədovun fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son illər bəzi insanlar qanunsuz yollarla pul qazanırlar:

“Yəni heç bir daimi iş yeri olmayan şəxslər böyük pulların dövriyyəsini həyata keçirirlər. Buna da çirkli pulların yuyulması deyilir. Çünki ixtiyari hüquqi və fiziki şəxs gəlirlərini bəyan etməlidir. Üstəlik, istənilən iri həcmli nağdsız əməliyyatlar zamanı daxil olan pulun mənbəyi göstərilməlidir. Amma bəzi adamlar heç bir bəyannamə təqdim etmədən hesabına böyük pullar köçürür, bu pulların xaricdəki ofşor hesablarına köçürülməsinə vasitəçilik edirlər. 

Türkiyədə, Rusiyada və başqa ölkələrdəki bəzi sosial media nümayəndələri də hesablarına daxil olan küllü miqdarda pulu guya reklam yolu ilə qazandıqlarını deyirlər. Amma hər kəs bilir ki, reklamın da müəyyən qiyməti var. İstənilən blogerin reklam qiyməti hansısa televiziya kanalının reklam tarifindən baha deyil. Bununla belə bəzi blogerlər iddia edirlər ki, gündə, ayda on minlərlə dollar pul qazanırlar. Təbii ki, bu da reallığı əks etdirmir”.

“Blogerlər işbazlarla əlaqəyə girərək...”

Qəşəm Məmmədov onu da əlavə edib ki, sosial media fenomenlərinin ən böyük fırıldağı böyük həcmli pulların xaricdəki ofşor hesablara ötürmələridir:

“Bu da o deməkdir ki, bəzi fenomenlər işbazlarla əlaqəyə girərək iri həcmli pulların xaricə çıxarılması prosesində iştirak edirlər. Məsələn, yeni qaydalara görə Azərbaycanda bir nəfər bank hesabından xaricə 10 min dollar həcmində vəsait çıxara bilər. Məbləğ bundan çox olduqda isə qazancın mənbəyi göstərilməlidir. 

Amma Türkiyədə bu sahədə limit yüksəkdir. Ona görə də sosial media fenomenləri qeyri-leqal gəlirlərdən əldə edilmiş pulların xarici ölkələrə çıxarılmasında iştirakçı olurlar. Yəqin ki, buna görə də müəyyən ödəniş alırlar. Xaricə çıxarılan pulların miqdarı isə böyük rəqəmlərlə ifadə olunur. Bu da təbii ki, cinayət sayılır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Bəşəriyyətin yox olması üçün 5 SSENARİ

Türkiyə klubuna ağır CƏZA

Türkiyə klubuna ağır CƏZA

End of content

No more pages to load

RADİO