Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu KEÇİRİLDİ – FOTO  

Aşqabadda təşkil edilmiş Türkmənistan - Azərbaycan biznes forumunda ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub, hər iki ölkənin biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib. 

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, Aşqabadda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkmənistanın Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Türkmənistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, kimya, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 60-a yaxın şirkət nümayəndəsi iştirak edib. 

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan və Azərbaycan arasında iqtisadi-ticarət münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, investisiyaların təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, dövlət əmlakının idarə edilməsi, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair mövcud sazişlər davamlı və səmərəli iqtisadi tərəfdaşlıq üçün möhkəm zəmin formalaşdırıb. Türkmənistanla ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir.

Dost ölkə ilə investisiya əməkdaşlığı da genişlənir. Qarşılıqlı sərmayə qoyuluşu üçün münbit şərait var. Ticarət və investisiya sektorlarında dayanıqlı müsbət dinamikanın təmin olunması üçün ölkələrimizin işgüzar dairələri qarşılıqlı investisiya layihələrində fəal olmalıdırlar.

Perspektivli sahələrdən olan enerji, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, rəqəmsal transformasiya, Ələt Azad İqtisadi Zonası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər istiqamətlər üzrə tərəfdaşlıq önəmlidir.

Forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sənaye zonalarının, azad edilmiş ərazilərimizdə iqtisadi reinteqrasiyanın investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib, Türkmənistan sərmayədarları ölkəmizin biznes fürsətlərindən fəal şəkildə yararlanmağa dəvət olunub. 

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayev Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin davamlı inkişafı üçün işgüzar dairələr arasında biznes əməkdaşlığının intensivləşməsinin vacibliyini ifadə edib.

Qeyd edilib ki, müxtəlif formatlarda keçirilən görüş və tədbirlər, əldə edilən razılaşmalar işgüzar dairələr arasında tərəfdaşlığın möhkəmlənməsinə, birgə layihələrin gerçəkləşməsinə töhfə verəcək. 

Biznes forumda hər iki ölkənin investisiya iqlimi və biznes imkanlarına dair təqdimatlar keçirilib. Tədbir iş adamları arasında B2B formatında görüşlərlə davam etdirilib. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO