Rəhbəri olduğu “Natiq” ritm qrupu ilə bir neçə gün əvvəl konsert verən Xalq artisti Natiq Şirinov atdığı addımı ilə təəccübləndirib.
Bizim.Media xəbər verir ki, buna səbəb sənətkarın qucağında qız nəvəsi Şəmslə səhnəyə çıxması olub.
Sözügedən görüntüləri Xalq artistinin gəlini Fatimə sosial şəbəkə hesabında paylaşaraq “ “Natiq” ritm qrupunun 14 noyabrda konserti olmuşdu. Ən balaca dinləyicisi Şəms idi” sözlərini yazıb.
Qeyd edək ki, Natiq Şirinovun musiqiçi oğlu Ümid Natioğlu Əməkdar artist Fərqanə Qasımovanın qızı, Xalq artisti Alim Qasımovun isə nəvəsi Fatimə ilə ailəlidir. N.Şirinovun qızı Sevil isə bir müddət əvvəl Semih adlı Türkiyə vətəndaşı ilə nişanlanıb.
Rəşad Əliyev, Bizim.Media