Gələn il hansı məhsullar bahalaşa bilər?

Bir neçə aydır ki, ölkədə inflyasiyanın artım tempi azalmaqdadır. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında illik inflyasiya 12,5 faiz olmuşdusa, oktyabr ayında bu göstərici 3,9 faiz təşkil edib. İllik inflyasiyanın azalması orta göstəricinin də azalmasına gətirib çıxarıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, ümumilikdə qlobal əmtəə qiymətlərinə nəzərə salanda ərzaq qiymətlərinin davamlı azalması, beynəlxalq daşıma xərclərinin pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşması məlum olur.

Bu da Azərbaycanda da özünü büruzə verir. Gözlənilir ki, azalma gələn il də davam edəcək. 2024-cü ildə orta inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılıb. 

Lakin müəyyən məhsullar var ki, onların qiymətləri arta bilər. Buna səbəb Vergi Məcəlləsinə edilən dəyişikliklərdir.  

Məcəlləyə edilən dəyişikliklərə görə, siqaret və spirtli içkilərə tətbiq edilən aksiz vergisi artırılır. Dəyişiklik layihəsinə əsasən, aksiz vergisi siqarillanın hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Hazırda aksiz vergisi qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq. 
Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün isə bu vergi 0,25 manatdan 2 manata qaldırılır. Həmçinin içməli spirt, araq , tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata yüksəldilir.  

Aksiz müəyyən malların satış qiymətinə daxil edilən dolayı vergi növüdür. Nəticədə verginin artması qiymətə təsirini göstərir.   

Qeyd edək ki, bu məhsulların qiyməti cari ildə artıb. Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatları 4,8 faiz, spirtli içkilər isə 3,6 faiz bahalaşıb. Bu müddətdə əhali belə məhsullara 1 milyard 959,6 milyon manat xərcləyib. Alıcıların pərakəndə ticarət şəbəkələrindəki xərclərinin 4,2 faizini siqaret və spirtli içkilər təşkil edib.  

Bundan başqa, 2024-cü ildən Azərbaycanda işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 faizi qədər deyil, 20 faizi qədər vergi ödəyəcəklər.

Nazirlər Nabinetinin müvafiq qərarına görə, işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manatdək olanlar mikro sahibkar hesab olunurlar. Hazırda belə sahibkarların gəlirlərinin 75 faizi vergiyə cəlb olunmur.

Məcəlləyə dəyişiklikdən sonra işçilərinin sayı 3-dən az və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olanların gəlirlərinə güzəşt edilməyəcək. Başqa sözlə, bu kateqoriyadan olanların ödəyəcəkləri vergi 4 dəfə artacaq.

Bu da özünü belə vergi ödəyiciləri tərəfindən istehsal olunan məhsulların və göstərilən xidmətlərin qiymətlərində göstərəcək. 

İstənilən halda növbəti ildə də məhsul və xidmətlərin qiymətindəki dəyişikliklər onların ərsəyə gəlməsinə çəkilən xərclərdən asılı olacaq.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

ABŞ İranda müharibəni bu tarixədək başa çatdırmaq istəyir

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Le Pen Orbanın Ukraynaya kreditin bloklanması qərarını dəstəklədi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

Meloni referendumda məğlubiyyətini qəbul etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İrana qarşı müharibə dayanır? - Vens Netanyahu ilə müzakirə etdi

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

İti xilas edənlərə heykəl qoyuldu - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Azərbaycanda ət UCUZLAŞIR? - VİDEO

Corcinadan 20 milyon dollarlıq FOTO

Corcinadan 20 milyon dollarlıq FOTO

End of content

No more pages to load

RADİO