"Muğan Bank"ın əmanətçilərinə kompensasiya ödənilməsinə BAŞLANILDI 

Bu gündən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğvedicisi olduğu "Muğan Bank" ASC-nin əmanətçilərinə kompensasiya ödəməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, ödəniş "Azərbaycan Beynəlxalq Bankı" (ABB) və "Kapital Bank" ASC-lər vasitəsilə həyata keçirilir. 

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” müflis elan edilib, ƏSF onun ləğvedicisi təyin olunub.

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq “Muğan Bank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib. 

"Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən, Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları "Muğan Bank"ın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 21B ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər. 

Əmanətçilər kompensasiyalarını almaq üçün ABB və "Kapital Bank"In müvafiq filiallarına müraciət edərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası və yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmanəti təsdiqləyən digər sənədləri və onların surətini, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidirlər.
Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim etməlidir. 

Qorunan əmanətçilər ərizə formalarını ABB və "Kapital Bank"ın müvafiq filiallarından və www.adif.gov.az saytından əldə edə bilərlər. 

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq sığortalanmış əmanət üzrə əmanətin 100%-i qədər, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə 20 min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitlərinin isə 100%-i qədər kompensasiya ödəniləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Bəs keçmişdə necə boşanırdılar?

Boşanmanın tarixi bu gündən BAŞLAYIR – Bəs keçmişdə necə boşanırdılar?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Günəş tutulması bürclərə necə təsir edəcək?

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

Formula 1: “McLaren”in pilotu üçüncü sərbəst yürüşün qalibi oldu

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

İlham Əliyev və Kaqamenin nahar əsnasında geniş tərkibdə GÖRÜŞÜ

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Nəsrin Cavadzadə “Formula 1”də - VİDEO

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Rusiyanın əksər bölgələrində internet KƏSİLDİ – HÜCUM TƏHLÜKƏSİ

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Şəmistan Nəzirli tədbir zamanı qəfil vəfat edib

Bakıdakı məşhur bazar söküləcək

Bakıdakı məşhur bazar söküləcək

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Könül Kərimovanın qayınanası doğma xalası imiş - VİDEO

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Ordubad dağları ağ örpəyə büründü – VİDEO

Həmin obraz ona verildi - Foto

Həmin obraz ona verildi - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTO

İlham Zəkiyev FİNALDA

İlham Zəkiyev FİNALDA

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

ABŞ-dan Avropaya növbəti ZƏRBƏ

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Əsrimizin BƏLASI – Son beş ildə narkomaniya diaqnozu qoyulanların DƏHŞƏTLİ STATİSTİKASI - İNFOQRAFİKA

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Məşhur cütlük niyə tez-tez bu şəhərə gedir? – Pərəstişkarları maraq içində - FOTO

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

Sırğa ilə yatanlara PİS XƏBƏR – Qulağınız mikrob yuvasına çevrilə bilər

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

38 ildir fəaliyyət göstərən müəllim: Sertifikasiya biliklərimi zənginləşdirdi

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Bu rayonda evlər təmir olunacaq – 3,4 milyon manat AYRILDI

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev və Pol Kaqamenin təkbətək görüşü KEÇİRİLDİ

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO/VİDEO

İlham Əliyev Ruanda Prezidentini belə qarşıladı – FOTO/VİDEO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

Evdə köməksiz qalan azyaşlılar xilas edildi – VİDEO

End of content

No more pages to load

RADİO