Qərbi Azərbaycan Xronikası: İki müqavilə ilə Ermənistana verilən Amasiya rayonu - VİDEO 

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə qədim tariximizi sübut edən, oğuz türklərinin mədəni mühitinin daim mövcud olduğu Amasiya rayonu haqqında süjet hazırlanıb. 

Bizim.Media xəbər verir ki, “Əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən yurd” adlı süjetdə indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə məxsus olması, onların bu məkanda qədim dövrlərdən məskən salıb yaşamasının bütün mənbə və sənədlərdə təsdiqini tapması, bu tarixi torpaqların zaman-zaman mənfur ermənilər tərəfindən mənimsənilməsi qeyd olunur. 

Bildirilir ki, Ağbaba və Şörəyel mahallarının tərkibi kimi Amasiya rayonunun ərazisi Şərqi Anadoluya aid olub.

Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ərazi 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən Amasiya rayonunun torpaqları kimi indiki Ermənistana verilib. Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə gedib. Bir çox kənddə isə əhalinin xeyli hissəsi SSRİ ilə Türkiyə arasında sərhəd qoyulan zaman Qarsa köçüb, yerdə qalanların bir qismi isə repressiyalara məruz qalıb”. 

Vurğulanıb ki, 1930-cu il sentyabrın 9-da yaradılan Amasiya rayonu Qərbi Azərbaycanın Ağbaba mahalı ərazisində böyük rayon kimi tanınıb. Ərazisi 608 kvadrat kilometrdən ibarət rayonun mərkəzi Amasiya şəhər tipli qəsəbə sayılıb: 

“Bütün əhalisi qarapapaq türklərindən ibarət olan Amasiya bölgəsində 1831-ci ildə 5800, 1897-ci ildə 12 288, 1926-cı ildə 9888, 1939-cu ildə 14 911, 1959-cu ildə 12 794, 1972-ci ildə 19 724 azərbaycanlı yaşayıb. Ermənilər Qafqaza köçürüldükdən sonra yavaş-yavaş Amasiya rayonunda da ayaq açmağa başlayıblar. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər yaşayıb. 

Sovet dönəmində isə rayonda mövcud olan 24 kənddən 22-si sırf azərbaycanlılardan ibarət olub. 1948-1953-cü illərdə Amasiyadan insanlar Azərbaycan ərazilərinə məcburi deportasiya edilib. Buna parelel olaraq Türkiyədən, Suriyadan, Livandan ermənilər Ermənistana  köçürülüb, Gümrü, yəni Leninakan şəhərinə və Amasiya rayonuna yerləşdiriliblər. 1988-ci ilin sonunda rayon oğuz türklərindən tamamilə təmizlənib, azərbaycanlılar 23 kənd və yaşayış yerini tərk etməyə məcbur olub.

Nəhayət, 1995-ci ildə Amasiya rayonu ərazisinin birləşdirilməsi nəticəsində mərkəzi Gümrü şəhəri olan Şirak mərzi yaradılıb. Ermənistan rəhbərliyinin müxtəlif qərarları ilə Amasiya rayonu üzrə 25 kəndin adı dəyişdirilib”. 

Sonda diqqətə çatdırılıb ki, Amasiya tarixində Azərbaycan türklərinin xüsusi yerinin olması inkaredilməzdir: 

“Buna  baxmayaraq, ermənilərin terror və köçürmələri nəticəsində bu ərazidə nə azərbaycanlı, nə də onlara məxsus məkan qalmayıb. Lakin əhalinin yaddaşında və şəxsiyyətini təsdiq edən sənədlərdə məhz onların kimliyi, boya-başa çatdıqları məkan qeyd olunub və yaddaşlarda elə o cür də yaşayır. Əminik ki, ümumi əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən bu məkan da əsl yiyəsinə yenidən qovuşacaq, zəngin tarixi keçmişini bərpa edəcək”. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər, gömrükdə tutuldular

Türkiyədən Azərbaycana külli miqdarda dərman gətirmək istədilər, gömrükdə tutuldular

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

TDT-nin nümayəndələri Novruz tonqalını Qaziantepdə birgə yandıracaq- FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Tanınmış aparıcılar AzTV-dən AYRILDI - FOTO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

Laricaninin öldürüldüyü yerin görüntüləri yayıldı - VİDEO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

DİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi – FOTO

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

“Neftçi” bu futbolçu ilə razılığa gələ BİLMİR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Bacılarını bıçaqlayan qardaşdan yeni XƏBƏR VAR

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

Martın sonuna qədər güclü geomaqnit qasırğası olacaq?

İraq Ceyhan limanı ilə neft ixracına başladı

İraq Ceyhan limanı ilə neft ixracına başladı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

TƏBİB-də yüksəkvəzifəli şəxs işdən çıxarıldı

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Azərbaycanda əməkhaqqı kalkulyatoru istifadəyə VERİLDİ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Trampın QİSAS PLANI – Hörmüzün intiqamını Avropadan bu yolla ALACAQ

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

Azərbaycan XİN: Çanaqqala şəhidlərinin əziz xatirəsini dərin hörmətlə anırıq

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

"Bizimləsən" bağlansa da, bu verilişlə efirə çıxacaqlar

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

İranın kəşfiyyat naziri də öldürüldü

İranın kəşfiyyat naziri də öldürüldü

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Əli Laricani və oğlunun TABUTLARI - FOTO

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşdü

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Lalə Azərtaş verilişinin bağlanması ilə bağlı iddialara belə REAKSİYA VERDİ - FOTO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Şantajçı blogerlərə feyk görüntüləri kim ÖTÜRÜB? – VİDEO

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bayram günlərində TƏBİB gücləndirilmiş rejimdə işləyəcək

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Bu şəxslər universitetə imtahansız qəbul ola BİLƏCƏKLƏR

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Ağdamda yeniyetmə qəza törətdi: Dostu faciəli ŞƏKİLDƏ ÖLDÜ

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

Çubuqlu kəndi nə vaxt QAZLAŞDIRILACAQ? - FOTO

End of content

No more pages to load

RADİO