Azərbaycan gündəlik neft hasilatını 25 min barel artıracaq

“OPEC plus” ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barrelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq.

Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın hasilat öhdəlikləri dəyişməyəcək


Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq.

İclasda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov qlobal neft bazarının “OPEC plus”un adekvat və çevik qərarlarını inamla qarşılamasını və “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları arasında həmrəyliyi qeyri-sabit bir dövrdə mühüm məqamlar kimi qiymətləndirib.

Nazir tənzimləmə tədbirlərində düşünülmüş, ehtiyatlı davranışın və bütün inkişaf ssenarilərinin nəzərə alınmasının vacibliyini vurğulayıb:

“Bizim üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən tarazlığın əldə edilməsidir. Hesab edirəm ki, “OPEC plus”un bu dəfəki qərarı da bazar dinamikasının balanslaşdırılması səylərinə töhfə verəcək”.

 

Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.


Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanmışdır.

Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 mln. barrel, iyunda, 6,2 mln. barrel, iyulda isə 5,76 mln. barrel müəyyənləşdirilib.

Xatırladaq ki, dünya neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və təşkilata daxil olmayan neft ölkələri arasında koordinasiyalı fəaliyyətə əsaslanan “OPEC plus” formatının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-ci ilin yanvarında irəli sürülmüşdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiymətində TARİXİ REKORD

Qızılın qiymətində TARİXİ REKORD

Çox adam arıqlamaq üçün belə edir, amma KÖKƏLDİR

Çox adam arıqlamaq üçün belə edir, amma KÖKƏLDİR

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 3 rayonunda QAZ OLMAYACAQ

“Barselona” Fliklə bağlı QƏRAR VERDİ

“Barselona” Fliklə bağlı QƏRAR VERDİ

Vilayəti Ermənistanın dili ilə DANIŞDI - VİDEO

Vilayəti Ermənistanın dili ilə DANIŞDI - VİDEO

Zaur Röyaya bahalı üzük BAĞIŞLADI - VİDEO

Zaur Röyaya bahalı üzük BAĞIŞLADI - VİDEO

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan TƏDBİRDƏ - FOTO

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan TƏDBİRDƏ - FOTO

“Sabah” “Qarabağ”ı məğlub edib liderliyə yüksəldi - VİDEO

“Sabah” “Qarabağ”ı məğlub edib liderliyə yüksəldi - VİDEO

Prokuror Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etdi - FOTO

Prokuror Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etdi - FOTO

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var - VİDEO

Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu… - FOTO

Kafedə dalaşanları ayırmaq istədi - Həyatından oldu… - FOTO

“Səbail” yenə xal itirdi

“Səbail” yenə xal itirdi

Sevil və Sevinc bacıların biznesi BATDI - VİDEO

Sevil və Sevinc bacıların biznesi BATDI - VİDEO

Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir - FOTO

Azərbaycan nümayəndə heyəti Ankarada Forumda iştirak edir - FOTO

Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

Mədəniyyət Nazirliyi bu kitabları satın aldı – SİYAHI

AKTA 2026-cı ildə ekspertlərinin sayını ARTIRACAQ

AKTA 2026-cı ildə ekspertlərinin sayını ARTIRACAQ

Rusiyaya 10 min hindli miqrant gəlib - VİDEO

Rusiyaya 10 min hindli miqrant gəlib - VİDEO

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb - FOTO

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi - FOTO

AKTA-nın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi - FOTO

Xəstəxanaya yerləşdirilən piyada xəstəxanada ÖLDÜ

Xəstəxanaya yerləşdirilən piyada xəstəxanada ÖLDÜ

Azarkeşlərin tənqidi ucbatından klub prezidenti İSTEFA VERDİ

Azarkeşlərin tənqidi ucbatından klub prezidenti İSTEFA VERDİ

İranda Ana heykəli mübahisə yaratdı - Din və sənətin sərhədi haradan keçir?

İranda Ana heykəli mübahisə yaratdı - Din və sənətin sərhədi haradan keçir?

Britaniya Rusiya neft-qaz şirkətlərini “qara siyahı”ya SALDI

Britaniya Rusiya neft-qaz şirkətlərini “qara siyahı”ya SALDI

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

Lamiyyə Ələkbərovadan Rəqsanənin dediklərinə REAKSİYA - VİDEO

End of content

No more pages to load

RADİO