2021-ci il oktyabrın 1-dən həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hazırkı prezident Salome Zurabişviliyə onu əfv etməyi xahiş edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı gürcü mətbuatı yayıb.
Onun sözlərinə görə, Zurabişvili bir çox dünya liderlərinin, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin xahişini yerinə yetirəcək.
"Bir imza ilə atalarını uşaqlara qaytara və Gürcüstanda siyasi tarazlığı bərpa edə bilərsiniz", - Mixail Saakaşvili qeyd edib.
Bizim.Media