Uşaq bağçaları fəaliyyətini davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bunu Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.
Bildirib ki, nazirliyin məlumatında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) bağlanması qeyd olunmayıb.
Qeyd edək ki, Təhsil Nazirliyinin aprelin 5-də Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə qərar verib.
Bizim.Media