İcma: Paşinyandan Qərbi Azərbaycan sakinlərinin öz yurdlarına qayıdışını tanımasını gözləyirik

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasındakı çıxışında Azərbaycana qarşı növbəti dəfə böhtan atmasını və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etməsini şərh edib. 

Bizim.Media xəbər verir ki, İcmanın bununla bağlı açıqlamasında deyilir:  

"Azərbaycan Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Ermənistana hərbi təcavüzə hazırlaşır", - deyən N.Paşinyana xatırladırıq, bu, həmin Ermənistan və N.Paşinyan hökumətidir ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış, bununla qürrələnmiş, 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deyə aləmə car çəkmiş, amma sonradan “Ermənistan heç vaxt Azərbaycana qarşı ərazi iddiası etməmişdir” açıqlaması vermişdir. 

"Qərbi Azərbaycan" ifadəsinə gəlincə qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır. 

Bu ifadəyə etiraz edən N.Paşinyan qoy izah etsin, necə olur ki, onun məntiqi ilə “Artsax”, “Dağlıq Qarabağ” demək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid etmək sayılmır, amma "Qərbi Azərbaycan" ifadəsini işlətmək Ermənistanın suverenliyinə qəsd anlamına gəlir! 

Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə “demokrat” imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar.
Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və Qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu aylarda doğulanlar ƏN SİRLİ hesab olunur

Bu ölkə adını DƏYİŞDİ

Bu ölkə adını DƏYİŞDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Arvadına meyvə qabı atan kişi 1500 manat CƏRİMƏLƏNDİ

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Bakıda bu dahilərin heykəlləri var - ARAŞDIRMA

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Avqust ayında həyatları dəyişə biləcək 4 BÜRC

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Yaponiya Baş naziri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Ronaldo evlənir?

Ronaldo evlənir?

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

Tramp "Patriot" istehsal texnologiyalarını niyə gizli saxladığını AÇIQLADI

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

"The Guardian": "Səudiyyə Ərəbistanı husilərə qarşı hücuma hazırlaşır"

Günayın tətil qarderobu – VİDEO

Günayın tətil qarderobu – VİDEO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Göyçayda suvarma kanalı yarıldı – Ərazilər su altında qaldı – FOTO

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Makron miqrant böhranına görə İspaniyaya kömək TƏKLİF ETDİ

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

Binanın altından metroya keçid inşa edilir? - VİDEO

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

ABŞ İranın Hörmüz boğazı ilə bağlı iddialarına: “Bu yalandır”

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tərkibini DƏYİŞDİ

Tramp: "Sülh üçün həm Rusiya, həm də Ukrayna güzəştə getməlidir"

Tramp: "Sülh üçün həm Rusiya, həm də Ukrayna güzəştə getməlidir"

Onlar 8000 manat maaş alır

Onlar 8000 manat maaş alır

Qızıl alanlar qazanacaq? - Ekspertlərdən rekord qiymət proqnozu

Qızıl alanlar qazanacaq? - Ekspertlərdən rekord qiymət proqnozu

"Forbes": Azərbaycan hava hücumundan müdafiə sistemini gücləndirir

"Forbes": Azərbaycan hava hücumundan müdafiə sistemini gücləndirir

Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

FHN əməkdaşlarının xilasetmə ANLARI - VİDEO

FHN əməkdaşlarının xilasetmə ANLARI - VİDEO

Cərrahiyə otağında özbaşınalıq: Xəstənin həyatını heçə sayan həkimləri nə gözləyir? - VİDEO

Cərrahiyə otağında özbaşınalıq: Xəstənin həyatını heçə sayan həkimləri nə gözləyir? - VİDEO

Nazirlikdə kollegiya iclası keçirildi - FOTO

Nazirlikdə kollegiya iclası keçirildi - FOTO

End of content

No more pages to load

RADİO