"Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər".
Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ATƏT-in Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində deyib.
O bildirib ki, əsas məsələlərlə bağlı konsensus əldə olunub.
N.Paşinyanın sözlərinə görə, sülhlə bağlı əsas prinsiplərin razılaşdırılması Brüsseldə keçirilən görüşlər nəticəsində əldə olunub:
“Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə baş verib”.
Bizim.Media