“Ermənistanda dövlət idarəetmə sistemi yaranmış fövqəladə vəziyyətə qətiyyən adekvat deyil. Müttəfiqlərin və qonşularımızın bizə etimadı sarsıldı. Nəticədə Ermənistan bəzi Qərb dövlətlərinin siyasi bəyanatlarına arxalanmaq məcburiyyətində qalıb, praktikada isə təcrid olunmuş vəziyyətdə düşüb”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Xosrov Arutyunyanın erməni mətbuatında dərc olunan məqaləsində deyilir.
“İroniya ondan ibarətdir ki, dövlətimiz üçün həyati əhəmiyyət kəsb edən məsələlər tez-tez bizim iştirakımız olmadan üçüncü ölkələr tərəfindən müzakirə edilir və həll olunur.
Biz etiraf etmək məcburiyyətindəyik ki, bölünmüş cəmiyyət, məhdud iqtisadi və hərbi resurslar və etibarlı beynəlxalq tərəfdaşların olmaması fonunda qəbuledilməz sülh və müharibə arasında dağıdıcı seçim qarşısındayıq.
Hazırda regionda hərbi əməliyyatların başlaması üçün əsas təhlükə Ermənistan hakimiyyətinin siyasətidir”, - deyə məqalədə qeyd olunub.
Bizim.Media