2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2,3% azalaraq 22 milyard 412,8 milyon manat təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu ilin ilk 10 ayında büdcənin xərcləri isə 13,4% artaraq 26 milyard 630,6 milyon manata yüksəlib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 % az və 14,8 % çoxdur.
Bizim.Media