Komitə sədrindən ŞAD XƏBƏR: Unun qiyməti UCUZLAŞACAQ

Dövlət Gömrük Komitəsinin yaydığı son hesabata əsasən, cari ilin 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949 278 ton buğda idxal olunub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25%, miqdar ifadəsində isə 0.7% azalma deməkdir. Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.

Qeyd edək ki, dünya bazarında 1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.

Bəs, bu vəziyyət unun qiymətinə necə təsir göstərəcək?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev, bu ucuzlaşmanın ilk növbədə ölkə iqtisadiyyatı və əhalinin rifahı üçün faydalı olduğunu diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

İnflyasiya azalsa da qiymət artımı DAVAM EDƏCƏK – TƏHLİL 


Bununla da daxili bazarda un və un məhsullarının ucuzlaşacağını vurğulayan komitə sədrinin sözlərinə görə, ilk növbədə idxal qiymətinin belə ucuz olmasının səbəblərinə baxmaq lazımdır:

“Dövlətimiz həmişə keyfiyyətli məhsulların gətirilməsinə diqqət yetirir. Ona görə ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması əsas məsələdir. Ucuzlaşma çox güman ki, taxıl məhsullarının yığım həcminin artması ilə bağlıdır. Artıq bir çox ölkələr əhalinin keyfiyyətli ərzaq təminatı baxımından buğda istehsalına böyük əhəmiyyət verirlər. 

Bundan başqa, Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətləri ilə iqtisadi əlaqələri günü-gündən genişlənir. Hökumətimiz tərəfindən həmin ölkələrdən bəzi ərzaq məhsullarının, eləcə də ərzaqlıq buğdanın gətirilməsi üçün səylər atırılır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi Azərbaycana bu sahədə ciddi maneələr törətdiyi üçün başqa yollar axtarırıq. Bunların sayəsində də ucuz buğda almağa nail olmuşuq”. 

T.Rzayev onu da vurğulayıb ki, harda əlverişli bazar varsa, hökumətimiz məhz ora üz tutur:

“Əgər ölkəyə keyfiyyətsiz məhsul idxal olunarsa, bu, həm dövlət büdcəsinə, həm də əhalinin düzgün qidalanmasına ciddi ziyan vurur. Əgər dünənə qədər yalnız Ukrayna və Rusiyadan ərzaqlıq buğda idxal edirdiksə, böyük taxıl istehsalçısı olan Braziliya və digər ölkələrlə də münasibətlərin yaxşılaşdırılması istiqamətində yeni əlaqələr qurulur. İdxalın belə ucuz olması isə onu göstərir ki, buğdanı una çevirməklə həm daxili tələbata yönəldə, həm də xaricə sata bilərik. Yaxud da müxtəlif un məmulatları hazırlayaraq daxili bazara da yönəldə bilərik”. 

Bəs, buğda idxalı ilə bağlı göstərilən son rəqəmlər daxili tələbatımızı ödəməyə kifayət edəcək?

Müsahibimiz, daxili tələbatın təmin olunması üçün bir il ərzində orta hesabla 1 milyon 200 min tondan çox ərzaqlıq buğdanın idxal olunduğunu bildirib:

“Bununla belə, ölkə daxilində də bu məhsulun istehsalının artırılması üçün müəyyən işlər görülür və yeni buğda sortları gətirilir. Bu baxımdan da Azərbaycanı hansısa təhlükəni gözlədiyini düşünmürəm, çünki buğda ehtiyatımız kifayət qədərdir. 950 min tona yaxın olan bu idxal da daxili tələbat üçün yetərlidir”.     

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ - Ölənlər var

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

20 Yanvar hadisələrinin iştirakçısı olmuş rusiyalı deputat VƏFAT ETDİ

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Britaniyada yanacaq satışı məhdudlaşdırıldı

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

Kredit vaxtından tez ödənilərsə... – Bank hansı güzəşti EDİR?

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

İranda müharibə bu həftə dayana bilər-AÇIQLAMA

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

KİV: İsrail ABŞ-İran danışıqlarında iştirak etmir

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

Türkiyənin Norveçdəki səfiri Oslo Azərbaycan Evini ziyarət etdi - FOTO

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

ABŞ-da iyrənc HADİSƏ: Ana 14 yaşlı qızını sevgilisinə verdi

Yer kürəsinin iqlimi dəyişir

Yer kürəsinin iqlimi dəyişir

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Erol Kösenin evində məktub tapıldı: "Məcbur idim..." - FOTO

Tanınmış aktrisa övladının olmamasından danışdı

Tanınmış aktrisa övladının olmamasından danışdı

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Səhhəti daha da AĞIRLAŞDI - FOTO

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

Amerikasayağı kələkbazlıq – Hələ bu tərəflərə gəlməyib

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

İkinci Liqa: “Araz Saatlı” və “Dinamo” qalib gəldi

“Bütün yenilikləri Aygün Kazımova etdi"

“Bütün yenilikləri Aygün Kazımova etdi"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

Tramp: "İranın 158 gəmisini məhv etdik"

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

5 milyarda yaxın sərvəti olan iş adamı VƏFAT ETDİ

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi - VİDEO

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Pakistan səfirliyi Azərbaycana təşəkkür etdi

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

Kolumbiyada təyyarə qəzasında 57 hərbçi xilas edilib

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

İran Hind okeanına da raket atıb - Britaniyanın müdafiə nazirindən AÇIQLAMA

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

Tramp: “Rusiyanın Ukraynadakı addımlarının tərəfdarı deyiləm”

End of content

No more pages to load

RADİO