Ermənisayağı SÜLH – Paşinyana müqavilə yox, danışıqlar prosesi LAZIMDIR

Ermənistan yenə sülhdən danışır. Danışmaqla kifayətlənmir, hətta sülh sazişinin imzalanacağı tarixi də iddia edir. Bu dəfə bu iddia ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib. O bildirib ki, müqavilə üzərində iş başa çatdırılsa, bu ilin sonuna qədər sülh sazişini imzalamaq olar.

Yada salaq ki, bu iddia ilə ötən ay baş nazir Nikol Paşinyan çıxış etmişdi. Bir ay sonra Ermənistan Təhlükəsizlik Şurasının katibinin belə bir açıqlama verməsi çox təəccüblü görünür. Ortada danışıqlar prosesi, hansısa sülh layihəsinin müzakirəsi yoxdur. Amma bütün bunlara rəğmən ermənilər deyir ki, ilin sonunadək Ermənistanla Azərbaycan arasında sülh sazişi bağlana bilər.

Əslində nə baş verir?

Erməni siyasətçilərinin iddialarını bir kənara qoyub reallığa baxsaq, sülh sazişinin imzalanmasına heç bir əsas görmürük. Əvvəla ona görə ki, sülh sazişinin hələki razılaşdırılmış layihəsi yoxdur. Sonuncu dəfə Azərbaycan öz təkliflərini yazılı şəkildə Ermənistana göndərib. Lakin həmin vaxtdan 2 ay keçməsinə rəğmən Ermənistandan hansısa əməli reaksiya yoxdur.

Digər tərəfdən, Azərbaycan və Ermənistan liderlərinin son görüşü iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə olub. Bundan başqa Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində demarkasiya və delimitasiya komissiyalarının nümayəndələri iyulun 12-də sonuncu dəfə görüşüblər. Beləcə, son 4 ayda iki ölkə arasında hər hansı bir təmas olmayıb.

Bütün bunlara rəğmən erməni siyasi liderlərinin “optimist” çıxışları heç cür anlaşılmır. Əslində anlaşılır. Anlaşılansa odur ki, Ermənistan sülh yox, sülh prosesinin bərpasını istəyir. Bu proseslərdə yeni format və yeni oyunçuların olmasını istəyirlər. Məsələn, Armen Qriqoryan son bəyanatında qeyd edib ki, sülh üçün danışıqları davam etdirməyə hazırdırlar:

“Vaşinqtonda danışıqlar aparmaq üçün müxtəlif səviyyələrdə imkanlar var. Ermənistan buna hazırdır və ümid edir ki, belə bir görüş baş tutacaq”.

Rusiya və ortada olan anlaşmalar bir kənara atılır

Məlum olduğu kimi, Ermənistanla Azərbaycan arasında sülh sazişi üçün ilkin hüquqi baza var. Bu 10 noyabr bəyanatı və 11 yanvar anlaşmasıdır. Ən əsası da odur ki, həmin sənədlərin əksər bəndləri icra olunub. Ortada 3 məsələ qalıb. Bu da anklavlar məsələsi, Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bu 3 məsələdə də ilkin razılıq var.

Lakin Qərbin son il yarım müddət ərzində apardığı siyasət hesabına bu 3 və son məsələdə razılığa gəlmək mümkün olmayıb.

Çünki bu vaxtadək əldə olunan bütün razılaşmalarda vasitəçi Rusiya olub.Lakin Qərb Rusiyanın iştirakı ilə hər hansı bir sülh sazişinin imzalanmasına qətiyyətlə yol vermək istəmir. Ona görə ki, Qərbin Rusiya ilə planları başqadır və belə bir “düşmən və təcavüzkar” ölkənin hansısa sülhdə imzası olması Qərb üçün arzuolunmaz və qəbulolunmaz bir haldır.

Azərbaycan təkbətək görüşün tərəfdarıdır

Azərbaycan imzalanacaq sülh sazişində üçüncü tərəfin olmasını istəmir. Təsadüfi deyil ki, İlham Əliyev oktyabrın 8-də Tiflisdə bəyan etdi ki, Azərbaycan Ermənistan lideri ilə Gürcüstanda görüşməyə və sülh sazişi imzalamağa hazırdır.

Təbii ki, Gürcüstan bu məsələdə tərəf yox, vasitəçi statusundadır. Lakin aradan xeyli zaman keçsə də Ermənistan rəhbərliyi bu təklifə heç bir reaksiya verməyib. Bununla belə Ermənistan addımbaşı sülh sazişini imzalamağa hazır olduğunu deyir. Bu da onu göstərir ki, erməni siyasilər sülh yox, başqa şey istəyir.

Ermənistan nə istəyir?

Ermənilər 200 illik ağalarına təpik atırlar. Onlara dövlət quran, ayaqda saxlayan ruslara “dirsək” göstərirlər. Bu da səbəbsiz deyil. Paşinyan 44 günlük müharibədə və ondan sonrakı proseslərdə Rusiyanın bitərəf mövqeyi ilə barışmır.

Təkcə Paşinyan yox, bütün erməni siyasətçiləri hesab edir ki, Birinci Qarabağ müharibəsində olduğu kimi ikinci Qarabağ müharibəsində də ruslar ermənilər tərəfdən Azərbaycana qarşı vuruşmalıydı. Bu olmayınca ermənilər ruslardan üz döndərdi və yeni ağa, yeni sahib axtarışına çıxdılar.

Yeni ağanı, arxa-dayağı isə okeanın o tayında görürlər. Paşinyan çalışır ki, ABŞ proseslərdə sadəcə vasitəçi olmasın, prosesə rəhbərlik etsin. Daha doğrusu Azərbaycanı yeni sülh şərtlərinə məcbur etsin. Bu da o deməkdir ki, Paşinyan 2020-ci ilin avqust ayındakı status-kvonu bərpa etmək istəyir.

Bu da sadəcə qeyri-mümkündür.

Bu ancaq erməni xülyası ola bilər. Bunun mümkünsüzlüyünü bilən Paşinyan isə xalqı aldatmaq və siyasi hakimiyyətini uzatmaq üçün tezliklə sülh sazişinin imzalanacağını deyir. Guya ki, ABŞ-ın siyasi və hərbi müdaxiləsi ilə ermənilərə sərf edən sülh gələcək. Bu minvalla da Azərbaycanın növbəti həmlələrindən xilas olacaq və yeni nəfəslik qazanacaq.

Amma Ermənistan hakimiyyəti unudur ki, Azərbaycan gözləmək və kiminsə diqtəsi ilə hərəkət etmək istəyindən çox-çox uzaqdır. Hadisələrin inkişafı onu göstərir ki, ən yaxın zamanda Azərbaycan Ermənistanı sülh sazişini imzalamağa məcbur edəcək. Bu prosesə isə təkcə Rusiya yox, həm də Qərb seyirçi qalacaq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həmin qız mənim paltarımda gəlin köçdü"

"Həmin qız mənim paltarımda gəlin köçdü"

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

Azərbaycan və Türkiyə arasında ekologiya sahəsində gələcək əməkdaşlıq müzakirə edilib - FOTO

"Mançester Yunayted"in 7 HƏDƏFİ

"Mançester Yunayted"in 7 HƏDƏFİ

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

Xoşbəxtlik hormonunun səviyyəsini artıran QİDALAR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

“Spartak” ispaniyalı məşqçi GƏTİRİR

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Həkimin bu sözü Könülün əhvalını POZDU - VİDEO

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Liviyanın Baş naziri təyyarə qəzasında bütün sərnişinlərin həlak olduğunu TƏSDİQLƏDİ

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Azərbaycan Premyer Liqasının ƏN BAHALI futbolçuları

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

“Real” Endriki icarəyə verdi

“Real” Endriki icarəyə verdi

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Alena Əliyeva İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Ankarada qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO/VİDEO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Leyla Əliyevadan PAYLAŞIM: “Əziz ata, ad günün mübarək” - FOTO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Mehriban Əliyeva dövlət başçısını doğum günü münasibətilə TƏBRİK ETDİ - FOTO/VİDEO

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

“Bizim də əxlaqımız var, normal yaşayan qadınlarıq” - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

Liviya Baş Qərargah rəisinin olduğu təyyarənin QƏZA ANI - VİDEO

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

“Qarabağ” belçikalı futbolçuya təklif GÖNDƏRDİ

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

Türkiyə Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ - FOTO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

46 yaşlı Əməkdar artist dərin yarıqlı libası ilə DİQQƏT ÇƏKDİ - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

Ankaradan uçan təyyarə ilə əlaqə kəsildi - İçərisində Liviyanın Baş Qərargah rəisi var - VİDEO

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

“Sabah” təxirə salınmış oyunda QALİB GƏLDİ

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Leyla Əliyeva "Mənim dənizlərim, mənim okeanlarım" sərgisindən paylaşım etdi - VİDEO

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

Fərid Əhmədov yeni rəis müavini TƏYİN ETDİ

End of content

No more pages to load

RADİO