Vətəndaşlar dollar kreditlərindən niyə QAÇIRLAR? – SƏBƏBLƏR 

Dünən Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisdəki çıxışında, xarici valyutada kreditlərin payının 19%-ə endiyini bildirib. Mərkəzi Bankın sədri bunu tarixi minimum kimi dəyərləndirib. 

“Bu, Mərkəzi Bankın ən böyük uğurlarından biridir”

Bunun bağlı fikirlərini Bizim.Media ilə bölüşən bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov, əvvəlcə xarici valyutada olan kreditlərin həcminin azalmasını müsbət hal kimi dəyərləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dolların alış və satış qiymətləri EYNİLƏŞDİ – Manat BAHALAŞACAQ, YOXSA...


Onun sözlərinə görə, bu, Mərkəzi Bankın ən böyük uğurlarından biridir:

“Belə ki, Azərbaycan iqtisadiyyatında belə kreditlər AMB-nin sabiq rəhbərliyinin ən böyük mənfi fəaliyyətinin nəticəsində çoxalmışdı. Bu da ona görə baş verirdi ki, banklar Mərkəzi Bankdan manatla kredit götürə bilmirdilər. Əgər milli valyutamız ölkənin əsas ödəniş vasitəsidirsə, kreditlər nəyə görə xarici valyutada verilməlidir? Artıq bunun qarşısı alınıb və müsbət bir haldır və bununla dollarlaşmanın da qarşısı alınır. Yaxşı olardı ki, proses bundan sonra da davam etdirilsin”.

“Birinci devalvasiyadan sonra vətəndaşlar qorxuya düşdülər”

İqtisadçı-ekspert Xalid Kərimli də dollarla olan kreditlərin payının azalmasını ilk növbədə Mərkəzi Bankın fəaliyyətinin nəticəsi kimi dəyərləndirib:

“Bu da banklar qarşısında qoyulan bəzi tələblərin fonunda baş verir. Artıq həm banklar xarici valyutada kreditlərin verilməsində, həm də müştərilər bu vəsaitləri almaqda maraqlı deyillər. Ona görə ki, birinci devalvasiyadan sonra vətəndaşlar qorxuya düşdülər və dollarla kreditlərin faizləri nisbətən ucuz olsa da, hələ də risk etmək istəmirlər. Bu da yaxşı haldır”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda məhkumlara pensiyalar necə ÖDƏNİLİR?

Azərbaycanda məhkumlara pensiyalar necə ÖDƏNİLİR?

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna HÖKM OXUNDU

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin sabiq direktoruna HÖKM OXUNDU

Külək güclənib, bəzi ərazilərə leysan yağır - FAKTİKİ HAVA

Külək güclənib, bəzi ərazilərə leysan yağır - FAKTİKİ HAVA

Kərim Vəliyev Belqradda hərbi paradda iştirak etdi - FOTO

Kərim Vəliyev Belqradda hərbi paradda iştirak etdi - FOTO

Naxçıvanda avtobus dərəyə aşdı, 15-dən çox sərnişin xəsarət aldı - FOTO

Naxçıvanda avtobus dərəyə aşdı, 15-dən çox sərnişin xəsarət aldı - FOTO

Tramp varlı əcnəbilər üçün yeni viza proqramı təqdim etdi - 5 milyon dollara… - FOTO

Tramp varlı əcnəbilər üçün yeni viza proqramı təqdim etdi - 5 milyon dollara… - FOTO

Pol Kaqame: “Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var”

Pol Kaqame: “Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var”

Prezident: “Birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik”

Prezident: “Birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik”

Bir gecədə sakinlərilə birgə yanıb-kül olan şəhər – Sovet dövründə gizlədilən dəhşətli FACİƏ – FOTO

Bir gecədə sakinlərilə birgə yanıb-kül olan şəhər – Sovet dövründə gizlədilən dəhşətli FACİƏ – FOTO

İlham Zəkiyev 9-cu dəfə AVROPA ÇEMPİONU oldu

İlham Zəkiyev 9-cu dəfə AVROPA ÇEMPİONU oldu

İlham Əliyev: “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır”

İlham Əliyev: “Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır”

"Qəbələ" - "Kəpəz" matçının start heyətləri

"Qəbələ" - "Kəpəz" matçının start heyətləri

Ruanda Prezidenti “ASAN Xidmət” mərkəzində - FOTO

Ruanda Prezidenti “ASAN Xidmət” mərkəzində - FOTO

Günəş tutulmasından sonra zərbə altında olacaq DÖRD BÜRC

Günəş tutulmasından sonra zərbə altında olacaq DÖRD BÜRC

Avropa İttifaqı Rusiya neftinin alınmasına QADAĞA QOYMADI

Avropa İttifaqı Rusiya neftinin alınmasına QADAĞA QOYMADI

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu BAŞLADI

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu BAŞLADI

“Qərbin gücü yoxdur, Rusiya sülh istəmir...” – Ukraynalı politoloqdan ÖZƏL AÇIQLAMA

“Qərbin gücü yoxdur, Rusiya sülh istəmir...” – Ukraynalı politoloqdan ÖZƏL AÇIQLAMA

11-ci mərtəbədən yıxılan yeniyetmə öldü

11-ci mərtəbədən yıxılan yeniyetmə öldü

Qırmızı çuğundurun faydaları nələrdir?

Qırmızı çuğundurun faydaları nələrdir?

Ağdamda avtoxuliqanlıq edərək görüntülərini paylaşan şəxs HƏBS OLUNDU – VİDEO

Ağdamda avtoxuliqanlıq edərək görüntülərini paylaşan şəxs HƏBS OLUNDU – VİDEO

Rusiyanın Dneprə raket hücumunun ANBAAN VİDEOSU

Rusiyanın Dneprə raket hücumunun ANBAAN VİDEOSU

“Formula 1”lə müqavilə UZADILDI – Bu tarixədək Bakıda KEÇİRİLƏCƏK

“Formula 1”lə müqavilə UZADILDI – Bu tarixədək Bakıda KEÇİRİLƏCƏK

Yol Polisindən XƏBƏRDARLIQ – “Bu nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəlidir”

Yol Polisindən XƏBƏRDARLIQ – “Bu nəqliyyat vasitələrindən istifadə xüsusilə təhlükəlidir”

“Kəpəz”in baş məşqçisi istefaya GÖNDƏRİLƏCƏK?

“Kəpəz”in baş məşqçisi istefaya GÖNDƏRİLƏCƏK?

End of content

No more pages to load

RADİO