Qərbi Azərbaycan Xronikası: “Aşağı Şorca tarixən Azərbaycan türklərinin qədim yurd yeri olub” - VİDEO 

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. 

Bizim.Media xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi siyasi elmlər doktoru, professor, sabiq deputat Vaqif Abdullayev olub. 

O, doğulub boya-başa çatdığı Göyçə mahalı, Basarkeçər rayonu, Aşağı Şorca kəndinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən, kənd sakinlərinin həyat tərzindən danışıb. Bildirib ki, əsrarəngiz təbiətə malik olan Aşağı Şorca kəndi ərazisindən Yellidərə və Keyti çayları axır. Bu yaşayış məntəqəsi suyunun mineral tərkibinə görə, dünyanın ən yaxşı içməli suları sırasına daxil olan bulaqları ilə də məşhurdur. Kəndin ərazisində tektonik və vulkanik mənşəli çoxlu sayda qayalıqlar mövcuddur ki, bunlar da təbiətə xüsusi gözəllik verir. 

Aşağı Şorcanın tarixi haqqında danışan professor V.Abdullayev deyib ki, bu yaşayış məntəqəsi Azərbaycan türklərinin qədim yurd yeri olub. Onun sözlərinə görə, kəndin ərazisində tapılan qədim qəbiristanlıqlar, Türk-Alban mədəniyyətinə aid kilsə, kəndin yaxınlığında mövcud olmuş gözətçi qülləsi - Yelli dərə Yonma daşları bu yaşayış məntəqəsinin tarixinin iki min ildən artıq olmasına dəlalət edir. V.Abdullayev söyləyib ki, biçənək, əkin və örüş sahələrindən ibarət olmaqla, ümumilikdə kəndə məxsus üç min hektardan çox torpaqda payızlıq buğda, arpa, vələmir, gülür (salatlıq noxud), çuğundur və digər bitkilər əkilib. O, kənd sakinlərinin əsas məşğuliyyətinin əkinçilik, tütünçülük, heyvandarlıq olduğunu qeyd edib. 

“Doğulduğumuz yurda, yaşadığımız el-obaya həsrət qalmışıq”, - deyən professor Aşağı Şorcada mövcud olmuş məhəllələrdən, hər məhləyə rəhbərlik edən ağsaqqallardan, onların köməkliyi ilə sakinlərin üzləşdiyi çətinliklərin aradan qaldırılmasından da söhbət açıb.

Basarkeçər rayonuna nüfuzlu azərbaycanlıların rəhbərlik etdiyini xatırladan V.Abdullayev ümummilli lider Heydər Əliyevin həmin şəxslərə, ümumilikdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza daim dəstək olduğunu dilə gətirib. Bildirib ki, erməni siyasi rəhbərliyi Heydər Əliyev şəxsiyyətindən, nüfuzundan çəkinir, ehtiyat edir, onun siyasəti, atdığı addımlarla hesablaşırdılar. 1988-ci il hadisələrindən söhbət açan V.Abdullayev Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həm qaçqına, həm də məcburi köçkünə çevrildiklərini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanmasından, tarixi torpaqlarımıza qayıtmaq üçün atılan addımlardan bəhs edən professor əminliklə vurğulayıb ki, Qarabağ məsələsində olduğu kimi, Göyçə, Zəngəzur, İrəvan məsələsində də tarixi ədalət gec-tez bərpa olunacaqdır. 

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. 

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. 

Daha ətraflı videomaterialda: 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

End of content

No more pages to load

RADİO