Türkiyədə 117 tələbə qidadan zəhərlənib.
Bizim.Media “Haber Global” telekanalına istinadən xəbər verir ki, hadisə Isparta Süleyman Dəmirəl Universitetinin Şərq Kampusunda yerləşən Bədiüzzaman Səid Nursi Qız Yataqxanasında baş verib.
Belə ki, şam yeməyindən sonra 117 tələbə ürək bulanması, qarın ağrısı və ishal kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media