Məşhur rəssam Klod Monenin su zanbağı seriyasından yağlı boya ilə çəkilmiş “Le bassin aux nympheas” tablosu 74 milyon dollara satılıb.
Bizim.Media xəbər verir ki, hərrac ABŞ-nin Nyu-York şəhərində keçirilib.
“Christie” hərrac evindən bildirilib ki, bu həftə keçirilən hərracda məşhur sənət əsərlərinin ümumi satış məbləği 748 milyon dolları keçib.
Məhərrəm Əliyev, Bizim.Media