Kirayə qiymətlərinin bahalaşması və qaçqın axını Almaniyada evsizlərin sayını artırıb.
Bizim.Media ölkənin “Evsizlərə Yardım Dərnəyi”nə (BAG) istinadən xəbər verir ki, Almaniyada evsizlərin sayı 607 min nəfər olub, 50 min insan isə küçələrdə yaşayır.
Assosiasiya müəyyən edib ki, Almaniya vətəndaşlarının 57 faizi mənzillərindən qovulduğu üçün evsiz qalıb. Bundan əlavə, evsizlərin 58 faizi kişilər, 42 faizi isə qadınlardır.
Məhərrəm Əliyev, Bizim.Media