Fransaya TARİXİ ZƏRBƏ – Azərbaycan fransız müstəmləkəçiliyini necə İFŞA ETDİ? 

Oktyabr 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda Bakı şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətdə müxtəlif qitələri təmsil edən 14 ölkə, habelə ədalət uğrunda mübarizə aparan ərazilərin təmsilçilərinin Bakıya toplaşaraq, XXI əsrdə hələ də davam edən kolonializm siyasətini pisləməsi və onun aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanmasının sevindirici hal olduğu vurğulanıb.

Qeyd edək ki, müasir dövrdə bir çox ölkələr neokolonializm siyasəti yürüdür ki, bu xüsusda da Fransa daha çox “fərqlənir”. Fransa keçmiş müstəmləkələrinə yenə də ayrı-seçkilik münasibəti sərgiləyir, hər addımbaşı onların hüquqlarını pozur, hər vəchlə çalışır ki, öz diktəsini, istəyini həmin ölkələrə yeritsin.

Paris bu xüsusda əsasən də Afrika ölkələrində aktiv neokolonializm siyasəti aparır.

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Azərbaycan dövlətinin sərgilədiyi mövqe və təşəbbüslər Fransanın neokolonializm siyasətinin ifşası və ona qarşı mübarizədə güclərin səfərbər olunmasında çox təsirli amil rolunda çıxış edir:

“Müasir dövr beynəlxalq ictimai şüurda aydın təsəvvürlərin formalaşdırılmasını tələb edir. Bu və ya digər məsələlərlə bağlı düzgün informasiyanın çatdırılması, təsəvvürlərin formalaşdırılması, atılacaq addımların uğurunun başlıca şərtidir.

Azərbaycan Fransanın neokolonializm siyasətini ifşa edib.

Parisin davranışları, sərgilədiyi mövqelərindən aydın görünürdü ki, Fransa bu və ya digər coğrafiyalarda hər zaman öz mövcudluğunu təmin edərək, məkirli maraqlarını qorumağa çalışıb. Fransa uzun illər Afrika ölkələri və burada yaşayan xalqlara hərtərəfli ziyan və zərər vurub. Bu barədə dünya ictimaiyyətində aydın təsəvvürlər mövcuddur.

Fransanın mahiyyəti imperalist düşüncəsinə köklənib. Parisin hazırda dünya çapında həyata keçirdiyi siyasətində də neokolonializm əlamətləri aydın görünməkdədir. Azərbaycan bunu ifşa etdi,bu ətrafda müzakirələrə rəvac verdi. Bu da vacib idi. Çünki bu təkcə Fransanın Azərbaycana münasibətdə sərgilədiyi qeyri-obyektiv münasibətlə bağlı deyil”.

Deputat deyir ki, Fransanın həyata keçirdiyi siyasət qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər yaradır:

“Paris Cənubi Qafqaz regionu ilə bağlı təhlükəli planlara sahib olduğunu da çəkinmədən nümayiş etdirir. Cənubi Qafqazda neokolonializm siyasətini həyata keçirmək üçün Paris Ermənistana oyuncaq alət rolunda baxır. Ermənistan hakimiyyəti də müstəqil deyil, Qərb tərəfindən formalaşdırılan rejimdir. Ona görə də Qərbdən gələn təlimatlar əsasənda davranır.

Bunun özü də region üçün təhlükəlidir.

Fransa Ermənistanda hərbi mövcudluğunu demək olar ki, təmin edib. Fransanın müdafiə naziri fəxr edir ki, ölkəsində onun qədər Ermənistan hərbi rəhbərliyilə təmas quran ikinci müdafiə naziri olmayıb. Region ölkələrinin yanaşması odur ki, bura kənar müdaxilələr olmasın. Lakin Fransa Ermənistan üzərindən regiona müdaxilə edərək, məkirli niyyətlərini həyata keçirməyə çalışır”.

Deputat qeyd edir ki, Azərbaycan Prezidentinin strateji baxışları təkcə dövlətimizin yox, bütövlükdə regionun təhlükəsizliyini təmin etməkdədir:

“Azərbaycan regional təhlükəsizlik arxitekturasının əsas qurucusu rolunda çıxış edir. Dövlətimizin sərgilədiyi mövqe və təşəbbüslər də Fransanın neokolonializm siyasətinin ifşasında, ona qarşı mübarizədə güclərin səfərbər olunmasında çox təsirli amil rolunda çıxış etməkdədir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Aprelin 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 7-də baş vermiş tarixi hadisələr

Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş

Sən demə, təyyarədəki bahalı oturacaqların səbəbi bu imiş

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

İranda müharibəyə görə dəyən ziyanın hesablanmasına BAŞLANILDI

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

"Bu xanımlarla bağlı nazirliyə müraciət edəcəyəm" - Fotolar

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

End of content

No more pages to load

RADİO