Zaur Şuşada dağıdılmış evlərinin görüntülərini paylaşdı - VİDEO  

“Uşaqlığım 11 yaşımda bitib. Heç vaxt o illərə qayıtmaq istəmirdim. Atalı uşaqlıq illəri. O illər ki, qayğısız, şən, etinasız, uşaq kimi uşaq idim. Heç vaxt düşünməzdim ki ,bir gecədə bu qədər böyüyə bilərəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Şuşada dağıdılmış evlərini illər sonra ziyarət edən televiziya ulduzu yada saldığı xatirələrini və keçirdiyi hissləri bu kəlimələrlə ifadə edib: 

“Şuşaya ayaq basanda 11 yaşıma qayıtdım. Bəlkə də inanmayacaqsınız, Şuşada gəzəndə heç bir yer gözümdə dağılmış, uçmuş görünmürdü. 11 yaşımda Cıdır düzündə helikopterə minib çıxdığım kimi idi. Şuşaya son dəfə helikopterin pəncərəsindən baxanda ayağımın yerdən üzüldüyünü, nədənsə qopduğumu hiss etdim. Anlamırdım, bu nə duyğudur, ancaq hiss edirdim ki, çox qiymətli bir şeyi itirirəm. Çox sonralar anladım ki, itirdiyim yaşamadığım uşaqlığım, doğulduğum ev, atalı günlərim, ilk məktəbim və bütün ilklərim idi.

Məni tanıyanlar bilir, atamın ölümünü heç vaxt qəbul etməmişəm, elə bu səbəbdən qəbir üstünə də gedə bilmirdim. Şuşada hər yerdə gözüm atamı axtardı. Əlimdən tutub bu balaca şəhərin hər tinini qarış-qarış gəzdirmişdi. Hər yerdə atam var idi, amma həm də yox idi. Atamın yoxluğunu Şuşada hiss etdim. Qəbul etdim ki, o bir daha qayıtmayacaq . Qayıdan kimi qəbir üstünə getdim. Atama Şuşadan danışdım. Nənəmgilə getdiyimi dedim və üzr istədim...” 
 


Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ciddi su problemi yarana bilər

Azərbaycanda ciddi su problemi yarana bilər

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Analar daha fədəkar olmaq istəmirlər- İLGİNC SƏBƏBLƏR

Sabahdan hava PİSLƏŞƏCƏK

Sabahdan hava PİSLƏŞƏCƏK

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR? – MÜHÜM AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

“Aİ-92” markalı benzin ucuzlaşacaq? - AÇIQLAMA

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Bir döyüşdə 20 düşmən əsgərini məhv edən, özünə şəhidliyi arzulayan QƏHRƏMAN – Doğum günü olan Pəncəli Teymurovun HƏYAT YOLU

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Zəlzələni proqnozlaşdıracaq yeni üsul

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Qonşusu “Velizar”ı polisə şikayət etdi – VİDEO

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Məşhurların ölümünü niyə şəxsi itki kimi qəbul edirik? - HƏSSAS NÜANSLAR

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

Yer kürəsini böyük TƏHLÜKƏ gözləyir

UEFA ingilis klublarının təklifini rədd etdi

UEFA ingilis klublarının təklifini rədd etdi

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Bu gün Qənirə Paşayevanın doğum günüdür

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Avtomobillərin nizamsız parklanması ilə bağlı əhaliyə MÜRACİƏT

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

Bu kəndə köçənlərə 54 min manat verilir — Ciddi şərtlər var

71 yaşlı qadını avtomobil vurub öldürdü

71 yaşlı qadını avtomobil vurub öldürdü

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

Dünyanın ən qədim silah bazarı - FOTOREPORTAJ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

“Qarabağ” Koxalskini buraxmaq istəmir

“Qarabağ” Koxalskini buraxmaq istəmir

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Azərbaycan və Özbəkistan aqrar sahədə anlaşma memorandumu imzalayıblar – FOTO

Daima öyrənmək həvəsində olan 3 bürc

Daima öyrənmək həvəsində olan 3 bürc

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

Oval Ofisin SİRRİ - ABŞ prezidentləri bu məkanı necə dəyişir? - FOTO

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

“Qarabağ”ın legioneri Kipr klubuna keçir?

Bu ölkədə güclü zəlzələ olub

Bu ölkədə güclü zəlzələ olub

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

Daha bir ölkə İranla müharibəyə QOŞULUR

End of content

No more pages to load

RADİO