Ermənistanın Şuşaya "İskəndər" raketləri atdığı sübut olundu – FOTOLAR

2-ci Qarabağ savaşı zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) nümayəndəsi Caliber.az-a müsahibəsində bildirib.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər" raket kompleksindən istifadə etdiyini bildirmişdi. 

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın İskəndər raketləri “yırtıq şalvarlı, ayağıyalın insan üçün frak”a bənzədildi


Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar tirajlanmağa başlayıb. 

ANAMA rəsmisi müxbirin “Bəlkə işçiləriniz hər hansı bir raket parçası tapıblar?” sualını belə cavablandırıb:

“2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi mina təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə şəhərdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı iki partlamış raketin parçaları tapılıb.

Raket parçalarının coğrafi koordinatları belədir: 39 ° 45'38.10 "N 46 ° 44'33.90" E və 39 ° 45'27.80 "N 46 ° 45'25.80"E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırarkən onun qalıqlarının "İskəndər" raket sisteminə aid olduğu aşkar edilib.

Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin "İskəndər" raketinə aid olduğunu müəyyən etmək mümkündür”.

Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etdiyini bir daha təsdiqləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nabi Keyta "Ferentsvaroş"da QALDI

Nabi Keyta "Ferentsvaroş"da QALDI

"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

"Seçim qarşısında qalsaydım, ailəmdən ayrılmazdım"

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

Azərbaycan və Belarus arasında cinayətkarlığa qarşı birgə mübarizə ilə əlaqədar protokol İMZALANDI

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Qəbizlik üçün ideal səhər yeməyi AÇIQLANDI

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

Alim Qasımov nəvəsinin toyunda ailəsi ilə belə RƏQS ETDİ - VİDEO

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

“Araz-Naxçıvan” məşqləri bərpa etdi

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Hədiyyəsinə baxanda üzərinə yol nişanı aşan Sərxan evə buraxıldı - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Fərqanə Qasımova toyda qızı üçün OXUDU - VİDEO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu - FOTO

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Volkan Demireldən Nəriman və Medina AÇIQLAMASI

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Daha bir ölkədə “Novruz” milli bayram ELAN EDİLDİ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Bu tələbələrlə əmək müqaviləsi BAĞLANACAQ

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Trampı İrana zərbə endirməkdən imtina etməyə kimsə RAZI SALIB?

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

Aygül Səfərli yüksək vəzifəyə TƏYİN OLUNDU

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

İranda etirazlar DAVAM EDİR: “Xameneiyə ölüm!” - VİDEO

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

“Sumqayıt” Antalya toplanışını məğlubiyyətlə başa vurdu

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

İllərdir sökülən evlərinin əvəzində yeni mənzillərini ala bilmirlər - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Manaf həmkarlarını TƏNQİD ETDİ: “Bunların hamısı nankordur!” - VİDEO

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

Oktay Kaynarcanın narkotik testinin nəticəsi AÇIQLANDI

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

“Neftçi” Norveç millisinin üzvü ilə danışıq aparır?

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

İnsanların daha tez qocalmasına səbəb olan məhsullar açıqlandı - Onlardan UZAQ DURUN

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Tramp İrana TƏŞƏKKÜR ETDİ - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verildi - FOTO

End of content

No more pages to load

RADİO