Türkiyənin xarici işlər naziri Hakan Fidan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə diplomat “X” hesabında paylaşım edib.
“Can Azərbaycanın 8 Noyabr – Zəfər Gününü ürəkdən təbrik edirəm.
Zəfərin üçüncü ildönümündə Qarabağ Azərbaycan bayrağı altında əmin-amanlığa qovuşmasının coşqusunu yaşayır.
44 günlük dastansəra mübarizəni zəfərlə taclandıran bütün qəhrəmanlarımızı şükranla, şəhidlərimizi ehtiramla yad edirəm. Qarabağ Azərbaycandır!”, – deyə H. Fidan qeyd edib.

Bizim.Media