Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib.
Bizim.Media xəbər verir ki, Sumqayıt şəhər 28 saylı məktəbin fizika müəllimi Nəzakət Hacıyeva COVİD-19 infeksiyasından dünyasını dəyişib.
Bununla bağlı məktəbin feysbuk səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.
Bizim.Media