YUNESKO-nun Parisdəki mənzil-qərargahında təşkilatın Baş Konfransının 42-ci sessiyası öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, sessiya çərçivəsində Baş Konfransın yeni prezidenti və vitse-prezidentləri, eləcə də komissiya və komitələrin sədr və sədr müavinləri vəzifələrinə seçkilər keçirilib. Azərbaycan UNESCO Baş Konfransının vitse-prezidenti seçilib.
42-ci sessiya çərçivəsində UNESCO-nun ümumi siyasəti müzakirə ediləcək. Sessiya çərçivəsində təşkilatın tərəfdaşları, eləcə də gənclər Forumu keçiriləcək.
Konfransın 42-ci sessiyası müddətində ölkəmiz müxtəlif qurumlar tərəfindən aidiyyəti sahələr üzrə təmsil olunacaq.
İclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.
Sessiya noyabrın 22-dək davam edəcək.


Bizim.Media