Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) İraqda həyata keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Tekoşin Cizreni zərəsizləşdirib.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, zərərsizləşdirilən qadının kod adı Aişə Arslan olub və o, 2004-cü ildən PKK/YPG təşkilatının sıralarına daxil olub.
Qadın terrorçu İraqın Hakurk bölgəsində özünə qərargah qurmuş terrorçuların təşkilatlanmasına cavabdeh şəxs olub.
Bizim.Media