Azər Məmmədovun baş məşqçi postundan istefasından sonra "Kəpəz"i qarşıdakı oyunlara kimin çıxaracağı müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisi həmin vəzifə müvəqqəti olaraq Azər Məmmədovun keçmiş köməkçisi Etibar İbrahimova tapşırılıb.
Qeyd edək ki, "Kəpəz" rəhbərliyi hazırda baş məşqçi axtarışlarını davam etdirir və bir neçə mütəxəssislə danışıqlar aparır.
Rəşad Rafiqoğlu, Bizim.Media