Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını təklif edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, hər hansı gözlənilməz hal olduqda bunun qarşısının vaxtında alınması üçün Prezident İlham Əliyevin kifayət qədər imkanı olmalıdır.
Bizim.Media