Azərbaycan 432 000 doza “AztraZeneca” vaksini alır

Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub.

Bizim.Media xəbər verir ki, Agentlikdən verilən məlumata görə, görüşün məqsədi “AztraZeneca” Şirkətinə məxsus COVID-19 vaksin dərman vasitəsinin ölkəyə idxalı ilə bağlı məsələnin müzakirəsi olub.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın da alacağı “AstraZeneca” vaksini ilə bağlı dəyişiklik


Rozi Qrivs bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət, koronavirus infeksiyası əleyhinə vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğu və eyni zamanda ilkin mərhələdə vaksinin azlığını nəzərə alaraq Azərbaycanın vaksinlə təminatı aprel ayına nəzərdə tutulub.

Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev göstərilən arqumenti əsassız saymış və COVAX-la razılaşmalarda bu məsələnin qeyd olunmadığını bildirib:

"Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri olub.

Vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponentdir.

Azərbaycan ilk gündən Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini verib, COVAX platforması ilə bağlı bütün öhdəlikləri yerinə yetirib.

Həmçinin Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradılıb. Buna baxmayaraq, COVAX platforması vasitəsilə ölkəmizə COVID-19 vaksin dərman vasitələrinin gətirilməsində gecikmələr müşahidə olunur”.

Rozi Qrivs bildirib ki, ilkin mərhələdə aprelin 5-də Koreyadan “AztraZeneca” Şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək: “Vaksinin təqribən 5-6 gün ərzində ölkəyə gətirilməsi təmin olunacaq. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq”.

Qeyd edək ki, ümumilikdə “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonuna qədər Azərbaycana idxalı nəzərdə tutulub.

Görüşün sonunda Agentliyin sədri Z.Əliyev COVAX platformasının Azərbaycana münasibətdə öz öhdəliklərinə sadiq qalacağına və bildirilən tarixdə vəd edilən peyvəndi ölkəmizə çatdırılmasını təmin edəcəyinə ümid etdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mağazanın soyuducusunda qadın meyiti tapıldı

Mağazanın soyuducusunda qadın meyiti tapıldı

Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Braziliya klubu “Qarabağ”ın legioneri üçün TƏKLİF GÖNDƏRƏCƏK

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə yeni virus YAYILIR – Azərbaycanda da qeydə alınıb? – RƏSMİ AÇIQLAMA

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciət ünvanladı

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

Ermənistanda hərbi hissəyə hücumla bağlı RƏSMİ AÇIQLAMA

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi – VİDEO

AHİK-in VIII qurultayı keçirilir

AHİK-in VIII qurultayı keçirilir

Zaqatalada həyətdən meyit tapıldı

Zaqatalada həyətdən meyit tapıldı

Renat Dadaşov Polşa klubundan AYRILIR

Renat Dadaşov Polşa klubundan AYRILIR

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Yardımlıda əməliyyat: Mütəşəkkil dəstənin iranlı üzvləri TUTULDU – FOTO/VİDEO

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb, 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

Süni intellekt üzərindən FAŞİZM TƏBLİĞATI – Milyardlarla insanın ölümü ilə bağlı QORXUNC SSENARİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Xameneinin müşavirindən sərsəm AÇIQLAMA: “Tehran Zəngəzur dəhlizinə qarşıdır”

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Daha bir təyyarə qəzası - Ölənlər var - VİDEO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

Azərbaycan XİN Qazaxıstanı TƏBRİK ETDİ - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

İranda avtobus aşdı - 13 ölü, 11 yaralı var - FOTO

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub – TƏFƏRRÜAT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Yol Polisindən dağlıq yollarda hərəkət edən sürücülərə MÜRACİƏT

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Zelenski: “Ukrayna Donbası nə de-yure, nə də de-fakto Rusiya ərazisi kimi tanımır”

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: Kişi 10-cu mərtəbədən yıxılıb öldü

End of content

No more pages to load

RADİO