Ermənistanda gərginlik ARTIR – Paşinyan Sarkisyanın ailə üzvlərini həbs etməyə HAZIRLAŞIR 

Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə gərginləşir. Gərginləşən vəziyyətdə siyasi mübarizələr daha çox sualtı döyüş şəklində gedir. Üzdə bir-birinin üzünə gülümsəyən  erməni siyasiləri arxada min oyundan çıxır. Məsələn, Paşinyan əsas siyasi rəqibi Robert Köçəryanın oğlu Levonu artıq ikinci aydır ki, həbsdə saxlayır.  

Paşinyanın növbəti hədəfində isə Serj Sarkisyanla Artur Vanetsyandır. Erməni baş nazir bu iki rəqibini bir güllə ilə vurmaq istəyir.  

Bu istiqamətdə prosesə artıq start verilib.  

Erməni mətbuatı bu barədə sensasion sayıla biləcək faktlar açıqlayıb. Bəlli olub ki, Ermənistanın Baş Prokurorluğu Sarkisyanın kürəkəni Mikael Manisyanla Artur Vanetsyanın əmisi oğlu Karen Vanetsyan barəsində cinayət işi açıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Qərb yenə Ermənistana SAĞ GÖSTƏRİR – Zərbə isə SOLDAN VURULACAQ...


Ermənistan Baş Prokurorluğunun materiallarına görə, Zəngəzur zavodu kredit adı altında Mikael Minasyanın şirkətinə külli miqdarda vəsait “ötürüb”. Bu pulla o, zavodun səhmlərini 2018-ci ildə real dəyərindən xeyli aşağı qiymətə alıb. 

Ermənistan Baş Prokurorluğunun noyabrın 1-də İsveçrə və Ermənistan vətəndaşı Karen Vanetsyana qarşı çirkli pulların yuyulması maddəsi ilə cinayət işi açıb.

Araşdırma zamanı müəyyən edilib ki, Vanetsyan Kiprdə qeydiyyatdan keçmiş şirkətin real benefisiarı olmaqla 2018-ci il iyulun 23-də onun vasitəsilə Sünik (Zəngəzur) Mis-Molibden Kombinatının səhmlərinin 12,5 faizini alıb. Xatırladaq ki, bu müəssisə Ermənistanın ən böyük vergi ödəyicisidir.  

Əvvəllər bu səhmlər Ermənistanın eks-prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyana məxsus olub. Formal olaraq bu səhmlər “Zəngəzur Mining” şirkətinin adına rəsmiləşdirilib. Zəngəzur zavodu Minasyanın şirkətinin adına və açıq-aşkar əlverişsiz şərtlərlə kredit verib. Bu sövdələşmə nəticəsində Minasyanın şirkəti zavodun göstərilən 12,5% səhmlərini əldə edərək xüsusilə böyük miqdarda gəlir əldə edib. 

2018-ci ildə Minasyan Vanetsyanla bu səhmlərin ona sərfəli şərtlərlə verilməsi barədə razılığa gəlib. Vanetsyan 13 milyon dollara  Kiprdəki sözügedən ofşor şirkəti vasitəsilə 12,5% pay alıb.  

Qeyd edək ki, Karen Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda isə müxalifətdə olan “Vətən” partiyasının sədri Artur Vanetsyanın əmisi oğludur. Artur Vanetsyansa Serj Sarkisyanın böyük kürəkəni, Mikael Manisyanın bacanağıdır.  

Burdan da aydın görünür ki, Paşinyan öz rəqiblərinə qarşı qəti mübarizəyə başlayıb.  

Bəs, Paşinyan öz niyyətinə nə qədər nail ola biləcək? Bunu yaxın zamanda öyrənəcəyik. 
 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Qurbanov: “Hazırlığımızdan razı qaldım”

Qurban Qurbanov: “Hazırlığımızdan razı qaldım”

Bu şəxslərə "ölüm pulu" verilməyəcək - AÇIQLAMA

Bu şəxslərə "ölüm pulu" verilməyəcək - AÇIQLAMA

Bu məhsullar bahalaşdı – SİYAHI

Bu məhsullar bahalaşdı – SİYAHI

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

Bu hallarda işçilərə intizam tənbehi vermək mümkün olmayacaq

“Şamaxı” milli komandaya qarşı

“Şamaxı” milli komandaya qarşı

Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

Trampın növbəti hədəfi bu ölkədir

Trampın növbəti hədəfi bu ölkədir

Bakı metrosu rəqəmsala KEÇİR

Bakı metrosu rəqəmsala KEÇİR

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

Haker psixoloq qeydlərini oğurlayıb 33 min insanı ŞANTAJ ETDİ

“Turan Tovuz” Polşa klubu ilə qarşılaşır

“Turan Tovuz” Polşa klubu ilə qarşılaşır

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahına yeni rəis təyin edilib

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləməyə başlayıblar

2026-cı il üçün gözlənilməz TREND - Bu yaşda insanlar evdən işləməyə başlayıblar

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Bakı metrosunda NFC ödənişləri aktivləşdirildi

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Türkiyədə təhsil alan azərbaycanlı tələbə qəfil HƏYATINI İTİRİB

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

Dünyada ən çox yumurta istehlak edən ölkələr AÇIQLANDI

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

SON DƏQİQƏ: Bakı metrosunda ÖLÜM

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

Azərbaycanda tanınmış həkim VƏFAT etdi

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

“Allah üzümüzə baxıb ki, muğamı ifa edə bilməyib” – Zəka duelinin növbəti QARŞILAŞMASI – VİDEO

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Ermənilər "Koroğlu"nu oğurlayıb necə "David" etdilər?

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

Divanda uzanaraq həyatlarını yaşayan BÜRCLƏR

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix məlum olub

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Londonda səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Süni intellekt 1 ilə yaxın itkin düşən alpinistin cəsədini TAPIB – ŞOK DETALLAR - FOTO

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

Qadınlar üçün maaşın ödənilməsi qaydası dəyişdi

End of content

No more pages to load

RADİO