“Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və bunu sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir”.
Bizim.Media xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, - deyə Berbok qeyd edib.
Bizim.Media