Xalq artisti Əzizə Mustafazadə mərhum valideynləri ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, məşhur pianoçu anası Eliza xanım, atası Vaqif Mustafazadə və nənəsi ilə birlikdə illər əvvəl çəkilən arxiv fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Əzizə paylaşdığı şəkilə “Çox gözəl şəkil: Ana, ata və nənə” şərhini yazıb.
Qeyd edək ki, V.Mustafazadə dekabrın 16-da Daşkənddə qastrol səfəri zamanı ürəktutmasından 39 yaşında dünyasını dəyişib. Dahi sənətkar Bakıda dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media