“Alatoranlıq” filminin ulduzu Robert Pattinson ata olacaq.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Robertin beş ildir ki, münasibətdə olduğu aktrisa Suki Uoterhausun hamilə olduğu üzə çıxıb.
Sosial şəbəkədə Sukinin hamilə olmasını aydın edən şəkillər ortaya çıxıb. Sosial şəbəkə əhli aktrisanın hamiləliyin artıq beşinci ayında olduğunu yazıblar. Aşiqlər nəyinki valideyn olacaqlarını, hətta münasibətlərini belə gizli saxlamağa çalışır.
Qeyd edək ki, Robert və Suki ilk dəfə 2018-ci ildə görüşərkən görüntüləniblər. Belə ki, cültük “Mamma Mia” filminə baxdıqdan sonra öpüşərkən paparazzilərin obyektivinə tuş gəlib. 2020-ci ildə Pattinsonun barmağında üzüyü görənlər onların evlənmək istəməsindən şübhələniblər, lakin bu şayiələr təsdiqlənməyib.
Rəşad Əliyev, Bizim.Media