SƏRƏNCAM: AZAL Azərbaycan İnvestisiya Holdinqinə verildi

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, sərəncamda deyilir:
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı Metropoliteni”ndə Müşahidə Şurası yaradıldı - SƏRƏNCAM


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278; 2010, № 7, maddə 610; 2016, № 2 (II kitab), maddə 337; 2018, № 9, maddə 1840; 2020, № 5, maddə 601) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədə “Cəmiyyəti” sözündən sonra “(bundan sonra ‒ Cəmiyyət)” sözləri əlavə edilsin;

1.2. 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

“2. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Cəmiyyətin yenidən təşkili və ləğvi;

2.1.2. Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:

2.2.1. Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.2.2. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

2.2.3. Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

2.2.4. Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

2.2.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

3. Müəyyən edilsin ki:

3.1. Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

3.2. Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

3.2.1. Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

3.2.2. Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək;

3.2.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

3.2.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

3.2.6. Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

3.2.7. Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

3.2.8. Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;

3.2.9. bu Sərəncamın 2-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin Nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan İnvestisiya Holdinqi:

3.1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;

3.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamın 3.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: Kuba 66 ildir ABŞ-ın hücumlarına məruz qalır - FOTO

Prezident: Kuba 66 ildir ABŞ-ın hücumlarına məruz qalır - FOTO

PKK-dan azad olunan Hələbdə hərbi parad keçirildi - VİDEO

PKK-dan azad olunan Hələbdə hərbi parad keçirildi - VİDEO

Türkiyəli ekspert: Zəngəzur dəhlizi bütöv bir regionun taleyini dəyişən yoldur - FOTO

Türkiyəli ekspert: Zəngəzur dəhlizi bütöv bir regionun taleyini dəyişən yoldur - FOTO

Ağdərədə minaya düşən şəxsin SON DURUMU

Ağdərədə minaya düşən şəxsin SON DURUMU

Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini açıqlayacaq

Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini açıqlayacaq

ABŞ sadiq müttəfiqi olan Danimarkaya təşəkkür etməlidir - VİDEO

ABŞ sadiq müttəfiqi olan Danimarkaya təşəkkür etməlidir - VİDEO

Avstraliyada qasırğa:22 mindən çox insan işıqsız qaldı - VİDEO

Avstraliyada qasırğa:22 mindən çox insan işıqsız qaldı - VİDEO

Boşanmış qadına xına məclislərində QADAĞA? - Adət-ənənə adı ilə AYRI-SEÇKİLİK

Boşanmış qadına xına məclislərində QADAĞA? - Adət-ənənə adı ilə AYRI-SEÇKİLİK

Rusiya ordusunda afrikalı muzdluların sayı getdikcə artır - VİDEO

Rusiya ordusunda afrikalı muzdluların sayı getdikcə artır - VİDEO

Kuba Trampın təhdidlərinə belə CAVAB VERDİ - FOTO

Kuba Trampın təhdidlərinə belə CAVAB VERDİ - FOTO

İstanbulda partlayış: Yaralananlar var

İstanbulda partlayış: Yaralananlar var

Seyran Səxavət: "Yazıçı Anar səhv edir”

Seyran Səxavət: "Yazıçı Anar səhv edir”

Tramp Rubionun Kuba prezidenti təyin edilməsi ideyasını “möhtəşəm” adlandırdı - FOTO

Tramp Rubionun Kuba prezidenti təyin edilməsi ideyasını “möhtəşəm” adlandırdı - FOTO

İranda təhlükəsizlik qüvvələri belə məhv edilir - ANBAAN VİDEO

İranda təhlükəsizlik qüvvələri belə məhv edilir - ANBAAN VİDEO

Amerikalı polkovnik: “İrana yaxın zamanlarda zərbə endiriləcək” - FOTO

Amerikalı polkovnik: “İrana yaxın zamanlarda zərbə endiriləcək” - FOTO

Bəndər Abbas şəhərində də etirazlar başlandı - VİDEO

Bəndər Abbas şəhərində də etirazlar başlandı - VİDEO

İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu - VİDEO

İsrail Livandakı “Hizbullah” hədəflərini vurdu - VİDEO

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurdu - VİDEO

Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurdu - VİDEO

Stressi azaldan QİDALAR

Stressi azaldan QİDALAR

Etirazlardan sonra Rəşt - VİDEO

Etirazlardan sonra Rəşt - VİDEO

ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib?

ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib?

Tramp: "Kubaya neft və pul getməyəcək"

Tramp: "Kubaya neft və pul getməyəcək"

Almaniya Kansleri Hindistana getdi

Almaniya Kansleri Hindistana getdi

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə BAŞLAYIR

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə BAŞLAYIR

End of content

No more pages to load

RADİO