“Ermənistan Respublikası maraqlıdır ki, bütün yollar blokdadan çıxarılsın və rəsmi İrəvanın səlahiyyətləri və qanunları çərçivəsində fəaliyyət göstərsin”.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan keçirdiyi brifinqdə Ermənistan Respublikası ərazisindən keçən yollara nəzarət məsələsinə toxunarkən danışıb.
Arşakyan anklavlardan da söz açıb:
"Delimitasiya çərçivəsində bu məsələlər müzakirəyə çıxarılacaq. Düzdür, bunun üçün hüquqi və kartoqrafik əsas olmalıdır".
O vurğulayıb ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsinə aydınlıq gətirməli və bunu yazılı şəkildə qəbul etməlidir.
Bizim.Media