Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Sənətçinin sağlamlıq vəziyyətini xəbər almaq üçün Bizim.Media-nın əməkdaşı qarmon ustadı ilə əlaqə saxlayıb.
Dəstəyi qaldıran G.Şükürlü "Hazırda səhhətiniz necədir?" sualını eşitdikdə "Sonra danışarıq" deyərək, dəstəyi asıb.
Qeyd edək ki, ötən həftə Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.
Qarmon ustadı şişin ölçülərinin kiçik olduğundan əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib.
Rəşad Əliyev, Bizim.Media