“Komandos” ləqəbli erməni general, 1-ci Qarabağ savaşında Şuşanın işğalı əməliyyatına rəhbərlik edən Arkadi Ter-Tadevosyan xəstəxanaya aparılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.
Mənbə yazır ki, səhhəti pisləşən erməni general İrəvandakı “Erebuni” xəstəxanasına yerləşdirilib.
Əldə edilən informasiyaya görə, onun səhhətində ciddi problemlər var.
Bizim.Media