Müğənni Ayan Babakişiyeva Dənizkənarı Milli Park ərazisində gəzən turistə qarşı xoşagəlməz davranış göstərən gənclərlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi hadisə ilə bağlı çəkdiyi videonu sosial şəbəkə hesabında yayımlayaraq, həmin gəncləri sərt şəkildə tənqid edib.
"Bəzi gənclər arasında cahillik, avamlıq davam edir. Sənin cavabını da o, xanım çox gözəl verdi. Sən evindən çıxıb ancaq küçədə boş-boş gəzirsən. Bir xarici ölkə nədir, ingilis, ya da rus dili bilmirsən. Bizi də özünlə bərarbər başqa dövlətin vətəndaşı yanında pis edirsən. Bədbəxt, sus, get heç olmasa öz cahil dünyanda dolaş", - deyə Ayan vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media