Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Görüşdə iki ölkə arasındakı münasibətlər, Cənubi Qafqaz regionunda baş verən hadisələr və Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqları müzakirə edilib.
Tərəflər həmçinin İsrail-Fələstin münaqişəsi, eləcə də bu xüsusda islam ölkələrinin rolu barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media