Manatın dövretmə sürəti AZALIR – Səbəb bahalaşmadır, YOXSA?

Mərkəzi Bankın oktyabrın 1-nə olan məlumatına görə, Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,65 bənd təşkil edib. 

Bu da sentyabrın 1-i ilə müqayisədə 0,10 bənd az (2,7%), yanvarın 1-nə nisbətən 0,37 bənd (9,2%), ötən ilin oktyabrın 1-nə nisbətən isə 1,07 bənd (22,7%) azdır.

Belə ki, bu ilin sentyabrın 1-nə manatın dövretmə sürəti 3,75, ilin əvvəlində 4,02, keçən il oktyabrın 1-nə 4,72 bənd təşkil edib.

Bəs bu azalmanın səbəbi nə ilə bağlıdır? 

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov bildirib ki, manatın dövretmə sürətinin zəifləməsi, ölkədəki inflyasiya və bahalaşma tendensiyası ilə birbaşa əlaqədardır:

“Son illər ərzində inflyasiya tempi yüksək xarakter daşıyır. Mərkəzi Bank da buna görə sərt kredit siyasəti aparır. Bunun da əsas göstəricisi, uçot dərəcəsinin, yəni AMB tərəfindən mərkəzləşdirilmiş kredit resursları üzrə müəyyən edilən faiz dərəcəsinin yüksək xarakter daşımasıdır. 

Hazırda uçot dərəcəsi 9 faiz təşkil edir. 

Son aylara qədər AMB bunu hissə-hissə yuxarı qaldırmaq siyasəti aparırdı. Belə olan halda isə, nağd pul dövriyyəsinin sürətinin azalması qeydə alınıb”. 

Ekspertin sözlərinə görə, işgüzar aktivliyin yüksək olduğu bir şəraitdə iqtisadiyyatın real sektorunun tələb olunan səviyyədə kreditləşdirilməsi zamanı pulun dövretmə sürəti də artır:

“Bunun da nəticəsində inflyasiya prosesləri iqtisadi artımdan və inkişafdan asılı olaraq özünü büruzə verir. 

Ancaq bizdə əksinədir. 

AMB məcburi şəkildə inflyasiya proseslərini tənzimləmək üçün uçot dərəcəsini qaldırmalıdır ki, bunun da nəticəsində pul-kredit siyasəti sərtləşmiş olur. Manatın isə dövretmə sürəti istər-istəməz zəifləyir. Bu problemin nə zaman aradan qaldırılmasına gəlincə, əgər inflyasiya amilləri aradan götürülərsə və bahalaşma prosesi səngiyərsə, AMB da uçot dərəcəsini tədricən aşağı sala bilər ki, bu da pulun dövretmə sürətini artıracaq. Ancaq bunun nə vaxt baş verəcəyini indidən söyləmək çətindir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

Babək Quliyev UEFA-dan növbəti TƏYİNAT ALDI

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

"Kızılcık şerbeti"ndə yeni sima – FOTO

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

Bu ölkədə azyaşlılara sosial media qadağan EDİLİR

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

“Qəbələ” və “Kəpəz” Rusiya klubunun futbolçusu ilə maraqlanır

"Gülümsəyən" avtomobil satılır – FOTO

"Gülümsəyən" avtomobil satılır – FOTO

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

"WhatsApp"da YENİLİK - Kontaktda olmayan adam mesaj yazanda...

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Elit Star Cəmilə: “Oğlumun İspaniyada 300 minlik evi var” - VİDEO

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Azərbaycan yığmasının üzvü Türkiyədə mərc oyunlarında iştirak edirmiş

Ev quşlarının qiyməti artdı – VİDEO

Ev quşlarının qiyməti artdı – VİDEO

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Ağ Evdə Fidanla Rubionun görüşü BAŞLADI

Bu bina hər an yana bilər – VİDEO

Bu bina hər an yana bilər – VİDEO

Qanda şəkəri salan ədviyyatlı içki

Qanda şəkəri salan ədviyyatlı içki

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

Türkiyədə mərc QALMAQALI - 1024 oyunçunun adı AÇIQLANDI

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

ABŞ Suriyaya qarşı sanksiyaları yumşaltdı

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Boksçumuz İslamiadada qızıl medal QAZANDI – FOTO

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

Neftçalada bazarda YANĞIN – YENİLƏNİB

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Zaqatalada avtomobildən 75 yaşlı kişinin meyiti tapıldı

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

Azərbaycanda ət ucuzlaşdı – VİDEO

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

“Atalanta” baş məşqçi ilə bağlı qərar verdi

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

Ən kiçik otaq satılır: Qiymət göz qamaşdırır

"Uzak şehir"də dəyişiklik

"Uzak şehir"də dəyişiklik

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

1 manat 70 qəpiklik möcüzə - Bazarda hamı bu meyvəni soruşur

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

Brilliant Dadaşovadan Təranə ilə Musanın qızına: “Ərə getməyə tələsmə!” - VİDEO

End of content

No more pages to load

RADİO