Qərbi Azərbaycan İcması UNESCO-nun Baş Qərargahının Parisdən çıxarılmasını TƏLƏB EDİR  

"Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir". 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məlumatında qeyd edilib. 

Bildirilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir:

"Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul edib. Fransız nazir ölkəsinin “Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını” bildirib. Hiss olunur ki, özlərindən müştəbeh Fransa rəsmilərinin beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, davranış barədə bilikləri ibtidai səviyyədədir. Əks təqdirdə, suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmazdılar. 

Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır. Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri qoy gedib ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur". 

İcmadan qeyd edilib ki, fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir. 

"Fransanın ikinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirib. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun Baş Qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir", - məlumatda vurğulanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaqatalada fındıq bağında meyit TAPILDI

Zaqatalada fındıq bağında meyit TAPILDI

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu ÜZV OLDU

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

“Qarabağ”ın sabiq futbolçusu İsrail klubuna KEÇDİ

Bir meyvə, min faydası: Heyvanın sirri

Bir meyvə, min faydası: Heyvanın sirri

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Rafael Dadaşovun öz adını daşıyan nəvəsi İLK DƏFƏ - VİDEO

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Polşanın hökumət binaları üzərində dron göründü – Tusk

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

Yaşarın da qızı birinci sinfə getdi - FOTO

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

İsveçli idmançıdan 14-cü DÜNYA REKORDU

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Sabah Bakının 2 rayonunda QAZ OLMAYACAQ

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İlk sürücüsüz elektrik avtobusu sınaqdan keçirildi - FOTO

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

İkinci Liqa: “Şəmkir” və “Şirvan” qələbə QAZANDI

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Britaniya Polşa səmasını qorumaq üçün qırıcı təyyarələr GÖNDƏRƏCƏK

Buna görə ad günü keçirtmir

Buna görə ad günü keçirtmir

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

“Çarli Kirkin qətlini alqışlayan əcnəbilərə ABŞ vizası verilməməlidir” - Rubio

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Azərbaycan klubu ukraynalı legioner TRANSFER ETDİ

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Faiq Ağayev: “Mənim kəbinli arvadım var” - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

Prezident Daşbulaq sakininin ata evi ilə bağlı TAPŞIRIQ VERDİ - VİDEO

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“İsrail təcridə hazırlaşmalıdır” - Netanyahu

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

“Qarabağ”la oyundan öncə “Benfika”da CİDDİ İTKİLƏR

Mehin ərə gedir

Mehin ərə gedir

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

Qızılın dəyəri TARİXİ MAKSİMUMA yüksəldi

End of content

No more pages to load

RADİO