DSX əməliyyat keçirdi - İrandan narkotik gətirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, son günlərdə DSX əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Mart ayının 27-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunub.

Sərhəd naryadı tərəfindən onlara “Dayan” komandası verilib, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçıblar.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilib.

Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11 965 qram narkotik vasitələrə (8 700 qram heroinə, 3 185 qram metamfetaminə, 80 qram marixuanaya, 4 030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula “maydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Mart ayının 28-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15 890 qram tiryəkə, 4 915 qram həşiş qətranına, 4 500 qram metamfetaminə, 4 480 qram heroinə, 2 610 qram marixuanaya və 300 ədəd metadon-40 həbinə oxşar maddələr aşkarlanaraq götürülüb.

Mart ayının 29-da DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­ib, nəticədə 1 ədəd bağlama içərisində 2 420 ədəd metadon-40 həbləri aşkar edilib.

Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Voleybolçumuz Yunanıstan kuperkubokunun QALİBİ OLDU

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Film kimi HADİSƏ: Oğurladıqları bankomatı qaçarkən itirdilər - VİDEO

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

Dörd bürc yuxarıdan güclü bir siqnal alacaq

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

İtaliyalı məzuna Azərbaycan HDQ komandanı adından "Dənizçi kortiki" hədiyyə olundu - FOTO/VİDEO

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

DİQQƏT: Sabunçu və Xətai rayonlarında qaz olmayacaq

Mbappe də Mərakeşə YOLLANIR

Mbappe də Mərakeşə YOLLANIR

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Azərbaycanın QHT nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub yazıblar

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

Prezident "Daxili qoşunlar haqqında" qanunu TƏSDİQLƏDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

İcbari tibbi sığorta fondunun cari il üzrə büdcəsinin tərkibi DƏYİŞDİ

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Virtual dünyanın YENİ REALLIQLARI - Uşaqları kibertəhlükələrdən necə qoruya bilərik? - VİDEO

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Bir sıra məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM

Abbas Bağırov oğullarından danışdı

Abbas Bağırov oğullarından danışdı

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Əfqanıstanın keçmiş polis rəisi Tehranın mərkəzində GÜLLƏLƏNDİ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Ramazan Herayev Qazaxıstandan Azərbaycana GƏTİRİLDİ

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Səhiyyə işçilərinin maraqları necə qorunur? - Təkliflər

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Sumqayıtda yaşayış binasında YANĞIN - Xəsarət alan var

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Şuşakənd və Xanyurdu sakinlərinə mənzillərin açarları təqdim edildi - FOTO/VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Kiberpolisdən əməliyyat: Xaricdə 1 milyonluq kriptovalyutanı ələ keçirib Azərbaycana qaçdılar – VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xalq artisti ürəyindən MÜALİCƏ OLUNDU - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxundu - VİDEO

End of content

No more pages to load

RADİO