“Rəsmi Moskva İrəvanın siyasi iradəsini nəzərə alaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün platforma təqdim etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
“Əgər İrəvanda siyasi iradə olarsa, biz əvvəlki kimi tam üçtərəfli sammitə çıxmaq perspektivi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Rusiya ərazisində qəbul etməyə hazırıq”, - deyə Zaxarova qeyd edib.
Bizim.Media