“Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın bu ölkədə Rusiya hərbi bazasının mövcudluğunun heç bir üstünlüyünün olmaması barədə səsləndirdiyi fikirlərdən xəbərdar deyil”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a Paşiyanın “Wall Street Journal” nəşrinə müsahibəsini şərh edərkən bildirib.
“Biz hələ bilmirik ki, Paşinyan həqiqətən də bu sözləri deyib ya yox. Əgər deyibsə, harada və hansı kontekstdə deyib. Bizdə belə məlumat yoxdur. Biz “Wall Street Journal”ı əsas mənbə kimi qəbul edə bilmərik”, - deyə Peskov qeyd edib.
Bizim.Media