Zakir Həsənovdan tapşırıq - Xidməti müşavirə keçirildi

Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

General-polkovnik Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya İqtisadi Forumundan 2026-cı ildə qlobal risklərlə bağlı HESABAT

Dünya İqtisadi Forumundan 2026-cı ildə qlobal risklərlə bağlı HESABAT

Nəfəs Şəbnəmin ad gününə yazdırdığı pulu AÇIQLADI

Nəfəs Şəbnəmin ad gününə yazdırdığı pulu AÇIQLADI

Gürcüstanda 14 əcnəbi saxlanıldı - Azərbaycan vətəndaşları da var

Gürcüstanda 14 əcnəbi saxlanıldı - Azərbaycan vətəndaşları da var

Sabah Bakıda hava necə olacaq?

Sabah Bakıda hava necə olacaq?

Suriya ordusu Rakka şəhərinə yaxınlaşdı

Suriya ordusu Rakka şəhərinə yaxınlaşdı

Xamenei Pezeşkianla bağlı qərar verdi

Xamenei Pezeşkianla bağlı qərar verdi

Bu bölgəmizə də qar yağır - FOTO/VİDEO

Bu bölgəmizə də qar yağır - FOTO/VİDEO

Bakı kəndlərində qızıl qiymətinə olan məhsul niyə qəhətə çəkildi? - FOTO

Bakı kəndlərində qızıl qiymətinə olan məhsul niyə qəhətə çəkildi? - FOTO

Tramp: "İran özünə yeni lider axtarmalıdır"

Tramp: "İran özünə yeni lider axtarmalıdır"

Bu şəhərdə 6 min manatadək evlər satılır

Bu şəhərdə 6 min manatadək evlər satılır

Vaşinqton Qrenlandiyanı ələ keçirərsə, Avropa İttifaqı ABŞ bazalarını ləğv edəcək? - FOTO

Vaşinqton Qrenlandiyanı ələ keçirərsə, Avropa İttifaqı ABŞ bazalarını ləğv edəcək? - FOTO

Müharibə bitdi, hamıya təşəkkürlər... - Medvedçuk

Müharibə bitdi, hamıya təşəkkürlər... - Medvedçuk

FAKTİKİ HAVA - Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta var

FAKTİKİ HAVA - Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta var

Ölkənin şimalına bu gecə qar yağıb - FOTO

Ölkənin şimalına bu gecə qar yağıb - FOTO

Biləsuvarın bu kəndində qaz olmayacaq

Biləsuvarın bu kəndində qaz olmayacaq

Yanıq xəsarəti alan İlqar Rüstəmov xəstəxanada VƏFAT ETDİ

Yanıq xəsarəti alan İlqar Rüstəmov xəstəxanada VƏFAT ETDİ

Qurban Yetirmişlidən son zəlzələlərlə bağlı AÇIQLAMA

Qurban Yetirmişlidən son zəlzələlərlə bağlı AÇIQLAMA

Trampın Qəzza üzrə Sülh Şurasına üzvlük ən azı 1 milyard dollara başa gələcək - FOTO

Trampın Qəzza üzrə Sülh Şurasına üzvlük ən azı 1 milyard dollara başa gələcək - FOTO

FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirdi

FHN qarlı havada axtarış-xilasetmə ilə bağlı təlim keçirdi

Bu gün futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulacaq

Bu gün futbol üzrə Afrika Millətlər Kubokuna yekun vurulacaq

Suriya ordusu ölkənin şərqində neft və qaz yataqlarını ələ keçirdi - VİDEO

Suriya ordusu ölkənin şərqində neft və qaz yataqlarını ələ keçirdi - VİDEO

Marketdən oğurluq edən şəxs tutuldu - ANBAAN VİDEO

Marketdən oğurluq edən şəxs tutuldu - ANBAAN VİDEO

Niyaməddin Musayev məşhur türk müğənni ilə duet oxuyacaq

Niyaməddin Musayev məşhur türk müğənni ilə duet oxuyacaq

İstanbulda mikroavtobus aşdı - 11 yaralı var

İstanbulda mikroavtobus aşdı - 11 yaralı var

End of content

No more pages to load

RADİO