“Yaxın aylarda Azərbaycanla sülh nizamlanması perspektivlərinə nikbin yanaşırıq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.
Baş nazir ölkəsinin Rusiya ilə tarixi əlaqələri ilə bağlı suala cavab olaraq Ermənistanın türk qonşuları - Türkiyə və Azərbaycanla daha uzunmüddətli tarixi əlaqələrinə diqqət çəkib.
“Bütün suallar buradadır və bütün cavablar da buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq”, - deyə Paşinyan bəyan edib.
Bizim.Media