BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmamasından narahatlığını bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabata şərhində deyilir.
Komitə Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyinin icrasını gücləndirməyə çağırıb.
Qeyd edilib ki, komitə diskriminasiya əleyhinə qanunun qəbulunun ləngidilməsindən, ayrıseçkiliyin bütün formalarını əhatə edən qanunvericiliyin və siyasi çərçivənin olmamasından narahatdır.
Bizim.Media