İlham İsmayılov: "Bu gündən sonra hamımız Qərbi Azərbaycanlı olmalıyıq"

“İndiki Ermənistan ərazisindən son yüz ildə azərbaycanlılar bir neçə dəfə qovulub, deportasiya olunub. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə, zorakılıq və soyqırımı siyasəti 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusi qəddarlıqla müşahidə olunub. Ötən əsrdə müxtəlif bəhanələrlə öz doğma yurdlarından deportasiya olunan soydaşlarımız öz vətənləri olan Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinə də pənah aparıblar”. 

Bizim.Media xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri (ATXƏM) İlham İsmayılov deyib. 

O qeyd edib ki, əsrin əvvəllərində Türkiyə, Rusiya daha sonra dünyanın dörd bir yanına səpələnmiş qərbi azərbaycanlılar getdikləri ölkələrdə ictimai fəallıqları ilə ön planda olublar:  

“Bu gün dünyanın bir çox aparıcı ölkələrində Azərbaycan həqiqətlərinin təbliğində, Ermənistanın işğalçılıq siyasətinin tanıdılmasında məhz həmin soydaşlarımızın çox böyük fədakarlıqlar göstərdiyini müşahidə etmişəm. Onlar Azərbaycan diasporunun yaranmasında və mütəşəkkil qaydada fəaliyyət göstərməsində yaxından iştirak ediblər”. 

İ.İsmayılov vurğulayıb ki, Azərbaycan Prezidentinin xüsusi qayğısı və təşəbbüsü ilə yaradılan Qərbi Azərbaycan İcması öz torpaqlarından qovulmuş soydaşlarımız üçün bir ümid yerinə çevrilməklə, həm də hər birimiz üçün yeni bir hədəf müəyyənləşdirmiş oldu: 

“Qarabağın işğaldan azad olunması, Ermənistanın kapitulyasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı başladılan genişmiqyaslı işlər Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdacağı ümidini də artırmış oldu. Bunun üçün İcma tərəfindən əsaslı şəkildə Qayıdış Konsepsiyası da hazırlandı. Bu Konsepsiyanın həyata keçirilməsi üçün beynəlxalq dəstəyin alınması, problemlə bağlı geniş məlumatlandırma işlərinin aparılması zərurət kimi ortaya çıxır. Bizim təşkilat da bunu nəzərə alaraq, belə bir layihə ilə çıxış etdi və layihəmiz QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəkləndi”.

Layihənin əsas məqsəd və vəzifələrindən bəhs edən ATXƏM sədrinin sözlərinə görə Qərbi Azərbaycan həqiqətlərinin gündəmə gətirilməsi başlıca hədəf idi:  

“Eyni zamanda Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri haqqında beynəlxalq təşkilatlara məlumat vermək əsas məqsədlərimizdən idi. 

Aydındır ki, Qərbi Azərbaycana Qayıdışın beynəlxalq hüquqi çərçivəsinin formalaşdırılması üçün bir sıra addımlar atılmalıdır. Bu addımlardan biri kimi beynəlxalq aləmin problemlə bağlı məlumatlandırılması, beynəlxalq təşkilatlardan və ictimayyətdən dəstəyin alınmasıdır.

Qərbi Azərbaycanlıların öz torpaqlarından qovulmasını, Ermənistan ərazisində mülkiyyət hüquqları da daxil olmaqla bütün hüquqlardan məhrum olunmalarını  Avropanın siyasi mərkəzlərindən biri olan Haaqa şəhərində gündəmə gətirdik. Layihənin Niderland Krallığının Haaqa şəhərində keçirilməsində də əsas məqsədlərdən biri bu şəhərdə Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyət göstərməsidir. 
Biz Qarabağ problemi həll olunanadək hamımız Qarabağlıydıq, bu gündən sonra isə hamımız Qərbi Azərbaycanlı, Göyçəli, Zəngəzurlu, Dərələyəzli olmalıyıq. Yeri gələndə Təbrizli, Dərbəndli, Borçalılı olmaq bizim üçün bir şərəf məsələsi olmalıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Televiziya kanallarında aparılan monitorinqin NƏTİCƏLƏRİ AÇIQLANDI

Tramp İranı məhv etməklə hədələdi

Tramp İranı məhv etməklə hədələdi

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

İnci Əsgərovanın öldüyü qəzaya görə sevgilisinə hökm oxundu - VİDEO

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Birbank Invest 2.0 təqdim olundu – Azərbaycan kapital bazarında yeni investisiya imkanları

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

Gömrükdə ƏMƏLİYYAT - Külli miqdarda dərman gətirilməsinin QARŞISI ALINDI

End of content

No more pages to load

RADİO